Siqaretə meyillilik məktəb illərindən başlayır
- 04.05.2023, 10:27, Baxış sayı:
- 273
Facebook
Вконтакте
Одноклассники
Google+
Tütün məhsullarının mütəmadi qiymət artımını müşahidə edirik. Son bir neçə ildə bu məhsulların qiymətində ən azı iki dəfə bahalaşma qeydə alınıb. Sonuncu qiymət artımı isə martın sonlarında baş verdi. Bəs qiymət artımı siqaretə aludəçiliyin qarşısını almaqda nə dərəcədə effektlidir?
Ölkədə siqaret yenidən bahalaşıb. 4 manata qədər olan siqaretlərin qiymətində 10, daha baha olanlarda isə 20 qəpik artım qeydə alınıb. Ümumiyyətlə, son 3 ildə siqaretin qiyməti tez-tez dəyişir. Təbii ki, bu artım siqaret çəkənləri narahat edir. Amma onlarla yanaşı, bu bahalaşmaya pozitiv yanaşanlar da var. Düşünürlər ki, qiymət artımı siqaret istifadəçilərinin də sayını azaldar. Bəs bahalaşmanın səbəbi nədir? Ümumiyyətlə, qiymət artımı siqaretdən istifadə edənlərin sayını azaldırmı?
Siqaretə meyillilik məktəb illərindən başlayır
İqtisadçı ekspert Rauf Qarayev də bahalaşmanın siqaret istifadəçilərinin sayını azaldacağına inanmır. Deyir ki, qiymətlərin baha olmasına baxmayaraq, tələbat çoxdur: “Siqaret çəkmək istəyən insan buna xəstəlik formasında yanaşır. Asılılıq yaradır və qurtulmaq üçün iradə lazımdır. Siqaretin bahalaşması bunun qarşısını ala bilməyəcək. Əvvəllər 5 manatlıq çəkirdirsə, məcbur olub 3 manatlıq, ya da ədədlə alıb çəkəcək. Sayın azalması üçün məktəb yaşında uşaqlara nəzarət və ictimai qınaq lazımdır. Çünki siqaretə meyillilik əsasən məktəb illərindən başlayır”.
Kaspi.az