Bank kartınızdan oğurluq edə bilərlər -XƏBƏRDARLIQ
- 18.02.2021, 11:52, Baxış sayı:
- 431
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından suistifadə etməklə hədəflərinə "Whatsapp" vasitəsi ilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.
Bu barədə Sonxeber.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
"Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.
Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik", - deyə açıqlamada qeyd olunub.