• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

. "Fərqlənmə nişan"ın olmamağı mənim üçün problem yarada bilər?

  • 31.01.2022, 20:38, Baxış sayı:
  • 592
. "Fərqlənmə nişan"ın olmamağı mənim üçün problem yarada bilər?
Salam Rauf bəy mən onlayn taksi şirkətlərində fəilliyyət göstərirəm. "Fərqlənmə nişan"ım yoxdur, amma VÖEN-im var. Plastik debet kart hesabıma onlayn ödənişlər gəlir. "Fərqlənmə nişan"ın olmamağı mənim üçün problem yarada bilər? Qeyd edim ki, bank hesabima da hər ay onlayn vəsait daxil olur. Əvvəlcədən sualı cavablandırdığınız üçün təşəkkür edirəm!
Roma Abbasov.


Anlayış

Vergi Məcəlləsinin 221.4.7. maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yuk daşımalarını həyata kecirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi ucun muvafiq icra hakimiyyəti orqanının muəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək oz istəklərinə uyğun olaraq novbəti ay, rub, yarımil və ya il ucun ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi odəyicisinin nəqliyyat siyasətini həyata kecirən muvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş gunundən gec olmayaraq verilir.

Operativ Vergi Nəzarəti

Vergi Məcəlləsinin 50 maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan huquqi və fiziki şəxslərin gəlir goturmək ucun istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ucun istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata kecirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Bu maddənin 50.1.1. bəndində qeyd olunur ki, Vergi Məcəllə ilə muəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında ucota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi odəyicilərinin aşkar edilməsidir.

Maliyyə sanksiyası

58.2. Bu Məcəllənin 33.4-cu maddəsində gostərilən muddətdə vergi orqanında ucota alınmaq ucun və ya 34.3-cu maddəsində gostərilən muddətdə olduğu yer , yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmcinin digər ucot məlumatlarında (vergi odəyicisinin vergi ucotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə gorə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yuk daşınmasına gorə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd: Göründüyü kimi, siz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunuz üçün mütləq şəkildə fərqlənmə nişanı almalısınız. Əks halda sizə qarşı maliyyə sanksiyası tətbiq olunacaq.

Sualı cavablandırdı: İqtisadçı-ekspert Rauf QARAYEV.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter