Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum əmək haqqı 300 manatdan 345 manata qaldırılıb. Bu artım sahibkarlıq subyektlərinə necə təsir edəcək?
Azərbaycan Respublikasının “Sosial sığorta” haqqında qanunun aşağıdakı maddələrinə nəzər salaq.
14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
Qeyd: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının 100 faiz subsidiyalaşdırılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir
Bakı şəhərində 100 faizi;
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
digər şəhərlərdə 80 faizi;
rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
kənd yerlərində 50 faizi miqdarında.
Minimum əməkhaqqının tətbiqi ilə izah
Minimum aylıq əməkhaqqının tikinti sahəsində - 345*50% = 172,50
Digər sahələrdə miqdarı - 345*25% = 86,25Bakı şəhərində - (100 faiz)
- Tikinti sahəsində -
172,50 manat - Digər sahələrdə miqdarı –
86,25 manat Sumqayıt və Gəncə şəhərlərində (90 faiz)
- Tikinti sahəsində -
155,25 manat - Digər sahələrdə miqdarı –
77,63 manatdigər şəhərlərdə (80 faiz)
- Tikinti sahəsində -
138 manat - Digər sahələrdə miqdarı –
69 manatrayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (60 faiz)
- Tikinti sahəsində -
103,50 manat - Digər sahələrdə miqdarı –
51,75 manatkənd yerlərində (50 faiz)
- Tikinti sahəsində -
86,25 manat - Digər sahələrdə miqdarı –
43,13 manat14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün:
1. toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 17, 25 manat * 2 = 34,50 manat
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 17, 25 manat * 1,5 = 25,88 manat
Digər şəhər və rayonlarda – 17,25 manat * 1 = 17,25 manat14.5.1-1.2. fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 17, 25 manat * 2 = 34,50
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 17, 25 manat * 1,5 = 25,88 manat
Digər şəhər və rayonlarda – 17,25 manat * 1 = 17,25 manat14.5.1-1.3. çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 10, 35 manat * 2 = 20,70
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 10, 35 manat * 1,5 = 15,53 manat
Digər şəhər və rayonlarda – 10,35 manat * 1 = 10,35 manat14.5.1-1.4. saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 10, 35 manat * 2 = 20,70
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 10, 35 manat * 1,5 = 15,53 manat
Digər şəhər və rayonlarda – 10,35 manat * 1 = 10,35 manat
14.5.1-1.5. fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 10, 35 manat * 2 = 20.70
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 10, 35 manat * 1,5 = 15,53 manat
Digər şəhər və rayonlarda – 10,35 manat * 1 = 10.35 manat
14.5.1-1.6. nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 10, 35 manat * 2 = 20,70
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 10, 35 manat * 1,5 = 15,53 manat
Digər şəhər və rayonlarda – 10,35 manat * 1 = 10,35 manat
14.5.1-1.7. fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 10, 35 manat * 2 = 20.70
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 10, 35 manat * 1,5 = 15,53 manat
Digər şəhər və rayonlarda – 10,35 manat * 1 = 10,35 manat14.5.1-1.8. fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 10, 35 manat * 2 = 20,70
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 10, 35 manat * 1,5 = 15,53 manat
Digər şəhər və rayonlarda – 10,35 manat * 1 = 10,35 manatQeyd: Göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının 100 faiz subsidiyalaşdırılması rüb başa çatdıqdan sonra 30 (otuz) gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
5 hektaradək olduqda – 2 faiz miqdarında yəni 6 manat 90 qəpik
5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında yəni 20 manat 70 qəpik
10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında yəni 34 manat 50 qəpik
Qeyd: Göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının 100 faiz subsidiyalaşdırılması rüb başa çatdıqdan sonra 30 (otuz) gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
14.5.1-1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında yəni
20 manat 70 qəpikQeyd: “Fərqlənmə nişanı” alınarkən ödənilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının 100 faiz subsidiyalaşdırılması rüb başa çatdıqdan sonra 30 (otuz) gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
14.5.1-1.11. fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında yəni
10 manat 35 qəpik.
Qeyd: Göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının 100 faiz subsidiyalaşdırılması rüb başa çatdıqdan sonra 30 (otuz) gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında yəni
345*10 = 3450 *25% = 862,50 manat. Azərbaycan Respublikasının “Tibbi sığorta” haqqında qanunun 15.2.2.2 maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər
İcbari Tibbi Sığorta - 4%
345* 4% = 13,80 manat
Qeyd: Göstərilən fiziki şəxslər tərəfindən tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində tibbi sığorta haqqının 100 faiz subsidiyalaşdırılması rüb başa çatdıqdan sonra 30 (otuz) gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
İqtisadçı: Rauf QARAYEV.