27 ildən sonra Ağdam rayonunun Ermənistan tərəfindən işğalına son qoyuldu.
“Azərkosmos” ASC-dən bildirilib ki, Azərbaycanın qədim, füsunkar gözəlliyi olan Ağdam şəhərinin işğaldan azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsviri təqdim edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik məharəti və ordumuzun hərbi gücü sayəsində Ağdam rayonu özünün əsl sahibinə – Vətənimizə qayıtdı.
Ermənistanın Ağdam rayonunun ərazisində istər infrastruktur, istərsə də ekologiya ilə qəddarcasına rəftarı bir daha erməni vandalizmini əyani şəkildə sübut edir.
İşğal dövrü ərzində Ağdam rayonundakı “Cümə məscidi”, “Şahbulaq qala kompleksi”, türbələr, “Çörək muzeyi” və digər unikal eksponatlar ermənilər tərəfindən dağıdılıb, Ağdam şəhəri yerlə-yeksan olunub.
Ağdam rayonunun landşaftı, kommunikasiya şəbəkəsi erməni barbarlığının qurbanına çevrilib, rayonun turizm infrastrukturu da tamamilə məhv edilib.
Bu gündən etibarən isə artıq Ağdam azaddır!
Biz qalib gəldik! Ağdam Azərbaycandır! Qarabağ Azərbaycandır!