Ağdam ərazisi artilleriya atəşinə tutuldu
- 02.11.2020, 19:07, Baxış sayı:
- 608
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 2-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini növbəti dəfə artilleriya atəşinə tutub.
“Muğanın səsi” Axar.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfi oktyabrın 30-da əldə olunmuş Cenevrə razılaşmasını da kobud şəkildə pozub. Düşmən bu dəfə də beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhalini və qeyri-hərbi obyektləri hədəf seçib. Belə ki, düşmənin atdığı top mərmiləri rayonun Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan vurub. Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin yaxınlığına düşən top mərmisinin partlaması nəticəsində isə muzey zərər görüb.