Sabirabad rayonundan müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Sabirabad Regional Mədəniyyət İdarəsinə təqdim edə bilərlər
Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.
Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.
Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar.
Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan bölgələrindən və Şirvan şəhərindən müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Sabirabad Regional Mədəniyyət İdarəsinə təqdim etməlidirlər.
Sənədlər martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.
Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.
“Muğanın səsi”