Sabirabad sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezidentə təşəkkür edirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
H.Z.Tağıyevin abidəsinin açılışına CƏMİYYƏTİN BAXIŞI - SORĞU
Hacı Zeynalabdin Tağıyev xalqımızın yaddaşında böyük xeyriyyəçi, maarifçi və ictimai xadim kimi əbədi həkk olunmuşdur. Onun ictimai fəaliyyəti nəticəsində Azərbaycanda təhsil və mədəni sahədə oyanış baş vermişdi. O, millətin maariflənməsi üçün təhsil müəssisələrinə daimi yardım göstərmiş, Rusiyada və Avropada təhsil alan yüzlərlə tələbələrin təhsil xərclərini ödəmişdi. Doğma dilimizin inkişafında teatırın əhəmiyyətini yüksək qiymətləndirən Hacı Zeynalabdin Tağıyev ilk teatr binasını inşa etdirmişdi. Bunlarla yanaşı, Azərbaycanın gələcək həyatı üçün çox mühüm işlər həyata keçirmiş bu görkəmli şəxiyyətin heykəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakının “İçərişəhər” metro stansiyanın qarşısındakı meydanda ucaldılmışdır.
Abidə bürüncdəndi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı “Muğanın səsi” olaraq Sabirabad sakinlərinin fikirlərini öyrəndik:
Kamil Babayev Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasına görə cənab İlham Əliyevə təşəkkür etdi. Bildirdi ki, o, bu günü səbrsizliklə gözləyirmiş. Nəhayət, o günü görmək qismət oldu.
Əlpaşa Qasımov isə qeyd etdi ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması azərbaycanlıların öz tarixinə necə bağlı olduğunu bir daha sübut edir: "Belə bir insanın heykəlinin qoyulmasına görə başda Cənab Prezident İlham Əliyevə və əziyyəti keçənlərə təşəkkür edirəm".
Əhməd Ramazanov da heykəlin ucaldılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi: "Cənab Prezident İlham Əliyev heç vaxt böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi unutmayıb. Onun adını qəsəbəyə, küçəyə verib və heykəl ucaltdırıb".
Samirə Əliyeva: “Hacı Zeynalabdin Tağıyev təkcə mənim üçün yox, bütünlükdə Azərbaycan xalqının yaddaşında bir görkəmli şəxsiyyət kimi qalmışdır. Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin abidələrinin ucaldılması çox təqdirəlayiq bir hərəkətdir. Allah Prezidentimizin və Mehriban xanımın canını sağ eləsin".
Əhmədağa Qasımov: “Bu heykəlin açılışını televiziyada gördüm və çox şad oldum. Çünki Hacı Zeynalabdin Tağıyev dövrünün böyük xeyriyyəçilərindən biri olmuşdu. Onun fəaliyyəti nəticəsində Azərbaycan xalqı bir çox sahələrdə nailiyyətlər əldə edib. Turistlər belə onun haqqında artıq müəyyən məlumata sahib olacaqlar”.
Fəridə Əliyeva: “Hacı Zeynalabdin Tağıyev ömrünün axrına kimi xeyriyyəçilik işləri ilə məşğul olub. Bizə məktəb illərində də onun haqqında məlumatlar verilirdi. Bugünkü gün bu şəxsiyyətə önəm verilib, abidəsini ucaltmaları isə məni çox sevindirdi. Heykəlin ucaldılmasınıda Heydər Əliyev Fondunun zəhməti böyükdür. Heydər Əliyev Fondu böyük xeyriyyəçiliklə məşğuldur. Bu gün xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. 20 ilə yaxındır ki, Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, mədəniyyətimizi dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Fondun xeyriyyəçilik fəaliyyətini alqışlayırıq”.
Babək Quliyev: “Bu şəxsiyyət istər sədaqəti, istərsə də, xeyriyyəçiliyi ilə bizim xalqımızın tarixində önəmli yerlərdən birini tutur. İlk teatrı da Azərbaycanda o yaratmışdı. Hər birimiz üçün əziz olan Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılmasına görə Prezidentimizə təşəkkürümüzü bildiririk”.
Bir daha qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı 2019-cu ildə açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Müsabiqəyə təqdim olunan 26 əsərdən Xalq rəssamı Xanlar Əhmədovun işi qalib olub.