Bakıda Z. Tağıyevin heykələ bizim üçün əzizdir, N. Gəncəvi heykəli də...
- 21.01.2022, 17:47, Baxış sayı:
- 551
Facebook
Вконтакте
Одноклассники
Google+
Foto: Əfsələddin Ağalarovundur.
Fotonun çəkən şəxs qeyd edir ki, Roma şəhərində Villa Borghese parkında çəkib. Çəkməyinində səbəbi heykələ romalıların əl vurmamasıdır. Romalılar istəsələr bunun bir yerini də qırarlar, üstünə saytda yazarlar. Səbəb odur ki, onlara yad şair olan Nizaminindir. Amma onlar bizlərdən fərqli olaraq bu nümunəyə hörmətlə yanaşırlar. Bizim bəzi "qəhrəmanlar" baxsınlar və görsünlər ki, adı bizim olan, başqa ölkədə olan heykələ necə yanaşırlar. Hesab edirəm ki, bu nümunəyə baxıb bizlərdən bəzi "qəhrəmanlar" nümunə götürəcək. H. Tağıyevin heykəlinin təsbehini qoparıb, özlərinə xaltan etmək üçün bir də aparmayacaqlar. Biz igid, qəhrəman sərgərdələr, şairlər diyarıyarının sakinləriyik. Amma təəssüf olsun ki, tərbiyə baxımdan hər kəs eyni formada tərbiyə almır. Nəticədə H. Tağıyev kimi xeyriyyəçi, yüzlərlə Azərbaycanlını xaricidə oxudan, Azərbaycan üçün bir çox işlər görən şəxsəsin abidəsinə belə hərəkətlər edənlər yalnız tənqidə layiqdir.
R. QARAYEV