• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

VAKSİNASİYA DAVAM EDİR

  • 29.12.2021, 18:05, Baxış sayı:
  • 294
2 ilə yaxındır ki, bütün dünya COVID-19 virusu ilə mübarizə aparır. Bu müddət ərzində yaşından asılı olmayaraq çoxlu sayda insan bu qorxunc bəladan dünyasını dəyişib. Tədbirlər görülsə də, yenə də az da olsa ölüm halları baş verməkdədir.
Mütəxəssislər bu bəladan qurtarmaq, əvvəlki normal həyata qayıtmaq üçün insanlara vaksin vurulmasını təklif edirlər. Çünki vaksin olunmuş şəxslər bu xəstəliyə tutulmur və ya xəstəliyi çox yüngül keçirir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə insanların virusa yoluxmaması üçün bütün lazımi profilaktik tədbirlər həyata keçirilmiş və bu gün də davam etdirilir. Respublikanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da bu vacib məsələyə çox ciddi yanaşılır. Vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsi Ənvər Lümənov bildirdi ki, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası»na uyğun olaraq vaksinasiya işləri həyata keçirilir. Rayonda aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, insanlar peyvənd olunmaq üçün könüllü olaraq tibb məntəqələrinə üz tuturlar.
Qeyd etmək lazımdır ki, rayonun ictimai yerlərində, əhalinin kütləvi toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, şadlıq evlərində, təhsil müəssisələrində və başqa yerlərdə karantin qaydalarına əməl olunması üçün bütün tədbirlər həyata keçirilir.
Vaksinasiya əsasən Gənclər Mərkəzində və kənd tibb məntəqələrində aparılır. Hazırda rayonda birinci doza vaksin olunanların sayı 86648, ikinci doza 74224, üçüncü doza vurduranların sayı 25049 nəfər təşkil edir.
VAKSİNASİYA  DAVAM EDİR
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter