• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır

  • 23.12.2021, 16:57, Baxış sayı:
  • 700
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır
Sabirabadın son illərdəki inkişafı İlham ƏLİYEVİN adı ilə bağlıdır

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Ötən 18 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi. Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2021-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.
Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Sabirabad rayonunun da iqtisadi quruculuq prosesi geniş vüsət almış, bölgəmiz ölkənin ən perspektivli rayonuna çevrilmişdir.

2003-cü ilin oktyabrında İlham Əliyev respublikanın Baş naziri kimi sabirabadlılarla görüşmüşdür. O, çox böyük hərarətlə qarşılanaraq çıxışı dəfələrlə alqışlanmışdı. İlham Əliyev Heydər Əliyevin Sabirabada hörmət və məhəbbətindən danışmış və onun da bu torpağa, bu zəhmətsevər insanlara böyük sevgisi olduğunu xüsusi vurğulamışdı. Elə oradaca Sabirabadda Olimpiya İdman Kompleksinin tikintisi üçün bütün zəruri tədbirləri görəcəyini vəd etmişdir.
Sabirabad rayonunda 2003-cü il oktyabrın 12-də Prezident seçkiləri çox mütəşəkkil keçdi. Əhali dahi rəhbərin «Mən ona özüm qədər inanıram», «Mənim sona çatdıra bilmədiyim işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıracaqdır» kəlamları əhalidə böyük ruh yüksəkliyi yaratdı. Sabirabadlılar İlham Əliyevi həm də Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın daimi nümayəndə heyətinin prinsipial, qətiyyətli rəhbəri kimi də çox yaxşı tanıyırdılar. Onlar yekdilliklə Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyevə səs verdilər.
Qısa müddətdə ölkəmizin hər yerində olduğu kimi, Sabirabad rayonunda da qəti olaraq belə bir rəy formalaşdı ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz liderdir. Azərbaycan Prezidentinin fəaliyyətinin üstün cəhəti budur ki, mövcud gerçəklikləri obyektiv qiymətləndirməyi, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməyi, habelə regionların taleyüklü problemlərinə daim böyük həsasslıqla yanaşmağı bacarır. Bunu möhtərəm Prezident 2005-ci il oktyabrın 6-da Sabirabad rayonuna səfəri zamanı bir daha təsdiq etmişdir. O, rayonda «Regionların sosial-iqtisada inkişafı Dövlət Proqramı» çərçivəsində görülən işlərlə maraqlanmış, Heydər Əliyev abidə-muzey kompleksinin, «Muğan» klinikasının açılışında, Olimpiya İdman Kompleksinin bünövrə qoyulması mərasimində iştirak etmiş, tövsiyə və tapşırıqlarını vermişdir. Prezidentin təsdiq etdiyi «Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı» rayon icimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inam və etibarını artırmışdır.
Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 26-da Sabirabad rayonuna səfəri də əlamətdar olmuşdur. Dövlət başçısı bir sıra istehsal müəssisələri və Gənclər Mərkəzinin işi ilə tanış olmuş, Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.
Sabirabadlılar 2010-cu ilin mayında təbii fəlakətlə üzləşəndə ölkə rəhbərinin fədakarlığının bir daha şahidi oldular. Həmin gərgin günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında fövqəladə müşavirənin keçirilməsi, ölkənin bütün icra strukturlarının subasmaya qarşı mütəşəkkil mübarizəyə səfərbər edilməsi fəlakətin miqyasını azaltdı. Möhtərəm Prezidentimizin daşqın nəticəsində ev-eşiyindən didərgin düşüb Şirvan şəhərində çadırlarda yaşayan rayonumuzun sakinləri ilə görüşməsi, onların istək və arzularını dinləməsi, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması üçün müvafiq göstəriş və tapşırıqlar verməsi hər bir sabirabadlıda böyük ruh yüksəkliyi yaratdı. Əhalinin ən çətin anlarında dövlət başçısı onlara dayaq durdu, dərdlərinə şərik çıxdı, bütün zəruri köməkliyin göstərilməsini təmin etdi. Prezidentin böyük təşkilatçılığı sayəsində insan itkisi olmadan fəlakətin qarşısı alındı. Ölkə rəhbəri daşqının nəticələrinin aradan qaldırılması vəziyyəti ilə yerində tanış olmaq üçün həmin ilin noyabrın 1-də Sabirabada səfər etdi.
Dövlət başçısının bölgəyə 2011-ci il mayın 5-dəki gəlişi daha əlamətdardır. Dövlət başçısı daşqına məruz qalmış Qasımbəyli kəndinə yeni çəkilmiş 15 kilometrlik asfalt yolun açılışında iştirak etmiş, həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olmuş, içtimaiyyətin nümayəndələri, o cümlədən yolüstü Əsgərbəyli kəndinin sakinləri ilə görüşərək əhalini qayğılandıran problemlərlə maraqlanmış, lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Dövlət başçısının diqqət və qayğısı sayəsində qısa müddətdə təbii fəlakətin törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində xeyli iş görüldü. Subasmaya məruz qalan əksər evlərin yerində möhkəm özüllü yeni evlər tikildi, dəymiş ziyana görə əhaliyə milyon manatlarla kompensasiya verildi.
Rayonumuz üçün 2013-cü ilin ən yaddaqalan hadisələrindən biri də Prezident İlham Əliyevin rayonumuza növbəti səfəri olmuşdur. Dövlət başçısı möhtəşəm Heydər Əliyev Mərkəzinin, 1200 şagird yerlik M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin yeni binasının, Kür çayı üzərində körpünün, YAP rayon təşkilatının inzibati binasının, müasir istixana kompleksinin və yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak etmiş, şəhərin mərkəzi meydanında, Heydər Əliyev adına parkda aparılan yenidənqurma işləri ilə tanış olmuş, Sabirabad ictimaiyyəti nümayəndələri ilə görüşündə görülən işlərdən razılığını bildirmişdir.
Dövlət başçısının 2014-cü ilin dekabrın 15 və 16-da rayonumuzda olarkən 12 yaşayış məntəqəsini birləşdirən 46 kilometrlik Nizami-Əliləmbəyli-Sarxanbəyli-Moranlı avtomobil yolunun, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş 100 yerlik uşaq bağcasının, regional “ASAN xidmət”i üçün 4 mərtəbəli möhtəşəm binanın, şəhərə çəkilən içməli suyun açılış mərasimlərində, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Mədəniyyət evinin əsaslı təmirdən sonra təqdimatında iştirakı, ASAN Könüllülərinin birinci Ümumrespublika forumunun ölkə başçısının rəhbərliyi ilə Sabirabadda keçirilməsi hər birimizdə böyük sevinc və fərəh hissi doğurmuşdur.
2016-cı il də rayonumuzun tarixinə əlamətdar il kimi düşmüşdür. 17 sentyabr 2016-cı il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər etmişdi. Prezident həmin gün Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanış olmuş, pambıqçılarla görüşmüşdür. Sonra söhbət çay süfrəsi arxasında davam etmişdir. Fatma Hüseynova Ulu Öndər Heydər Əliyevin Sabirabada səfərlərinin birində çəkilmiş fotoşəkli və səfərə həsr edilmiş yerli “Muğan” qəzetinin bir nüsxəsini dövlətimizin başçısına təqdim etmişdir. Sonda xatirə şəkli çəkdirilmişdir.
Sonra Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə rayon Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Müşavirədə pambıqçılıqla bağlı aidiyyatı nazirliklərin rəhbərləri, pambıq əkini ilə məşğul olan 24 rayonun icra hakimiyyətinin başçıları, şirkət nümayəndələri və sahibkarlar iştirak etmişlər. Cənab Prezidentin müşavirədəki çıxışı və tövsiyyələri bu sahənin inkişafı üçün mühüm rol oynamışdır. Ölkə başçısı həmin müşavirədə demişdir: «Bu gün doğrudan da müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq. Çünki, biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik».
Rayonumuz üçün 2017-ci ilin ən əlamətdar hadisəsi ölkə Prezidentinin həmin ilin noyabrın 28-də rayonumuza növbəti səfəri olmuşdur. Səfər çərçivəsində ölkə başçısı bir sıra müxtəlif təyinatlı obyektlərin təməlqoyma, təqdimat və açılış tədbirlərində iştirak etmişdir.
Respublika Prezidentinin rayona səfərindən bir gün əvvəl imzaladığı müvafiq Sərəncama əsasən Sabirabadda yaradılması nəzərdə tutulan sənaye məhəlləsinin təməlinin qoyulması böyük tarixi hadisə idi.
Prezidentin açılışını etdiyi, öz memarlıq görnüşü ilə şəhərə xüsusi gözəllik verən Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılmışdır.
Ötən əsrin 70-ci illərində inşa olunan Mərkəzi Rayon Xəstəxanasının binası yararsız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə 2012-ci ildə yeni binanın tikintisinə başlanılmış 205 çarpayılıq xəstəxana istifadəyə verilmişdir. Dövlət başçısı rayonumuza səfəri çərçivəsində bu binanın açılışını etmişdir.
Ölkə rəhbəri əsaslı şəkildə bərpa olunaraq yenidən qurulan 20 min əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 43 kilometr olan Suqovuşan-Qaralar-Qəfərli-Əh­mədabad-Nərimankənd-Həşimxanlı, 36 min əha­linin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qalağayın-Osmanlı-Çöl Beş­dəli - Zalqaraağac - Çöl Ağa­­­­məmmədli-Azadkənd-Muğan Gən­cəli 60 kilometrlik avtomobil yolunun 19,6 kilometrlik hissəsinin açılışında da iştirak etmişdir.
Səfər zamanı rayonun Nizami kəndində ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğu istehsal edəcək və 170 nəfərin daimi iş yeri ilə təmin olunduğu “Sabirabad Quşçuluq” MMC-nin açılışında Prezident İlham Əliyevin iştirakı bu sahənin inkişafına yeni təkan vermişdir.
[b]Bu sonsuz diqqət və qayğısına görə Möhtərəm Prezidentimizə bütün sabirabadlılar adından hədsiz minnətdarlığımızı bildiririk.
İlham ƏSGƏROV,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter