• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qərb Azərbaycanın haqlı mövqeyi ilə razılaşır

  • 23.12.2021, 16:51, Baxış sayı:
  • 463
Qərb Azərbaycanın haqlı mövqeyi ilə razılaşır
Möhtərəm Prezidentimiz İlham Əliyev “El Pais” qəzetinə müsahibə verib. Bu müsahibədə bir çox məsələlərə toxunulub. İlham Əliyev verilən sualları cavablayarkən bəzi məqamlara da aydınlıq gətirib.
Azərbaycan daima haqqın tərəfində olmuş, daima haqq üçün, haqq yolunda mübarizə aparmışdır.
Öz müsahibəsində dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, "Azərbaycan torpaqları işğaldan azad edilib, münaqişə bitib. Azərbaycanın ərazisi artıq müzakirə mövzusu deyil".
İndiki mərhələdə regiona dair gündəlik məsələlərdən biri də "Zəngəzur dəhlizi"nin açılması ilə bağlıdır. Bu məsələ 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli, Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın Baş nazirinin imzaladıqları birgə bəyanatın 9-cu maddəsində öz əksini tapıb. Ermənistan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə zəmanət verilməsi haqqında öhdəliyi yerinə yetirməlidir.
Azərbaycan Laçın dəhlizi vasitəsi ilə yol verməklə Ermənistana humanitar yardım, güzəşt edib. Yəni bu dəhlizdən ancaq Ermənistan, Azərbaycanın Xankəndi və ətraf ərazilərindəki ermənilər yararlanırlar. "Zəngəzur dəhlizi"nin funksiyası və faydası daha böyükdür. O, regional və qlobal əməkdaşlıq üçün çox böyük imkanlar yaradır. Bundan təkcə Azərbaycan tərəfi deyil, Ermənistan da faydalanacaq. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq "Zəngəzur dəhlizi" boyunca dəmir yolunun çəkilməsi barədə razılıq əldə edilib. Bununla da Azərbaycan Cənub Qafqazda əməkdaşlıq, sülh, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən, bu istiqamətdə təşəbbüslərlə çıxış edən başlıca dövlət olduğu isbatlandı. Rəsmi Bakı bununla Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfkeş dövlət olduğunu nümayiş etdirdi.
Ölkə Prezidentinin müsahibəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyasının vacibliyini də diqqət mərkəzinə çəkildiyini vurğulayıb. Məlumdur ki, bu gün Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq üçün, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bunun üçün isə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası vacib şərtdir. Öz müsahibəsində Prezident İlham Əliyev bu problemin də tezliklə həll olunmasının zəruriliyini vurğulamışdır. Dövlət başçımız bildirmişdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi hələ də təyin olunmayıb. Azərbaycan Ordusu bu gün ölkəmizin dövlət sərhədində mövqe tutub. Lakin Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı əsassız iddialar irəli sürür. Halbuki, Azərbaycan Qarabağ müharibəsinin bitməsindən sonra dərhal Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif edib. Bunun müqabilində isə Ermənistan müharibə bitəndən sonra bir ildən çox müddətdə dövlət sərhədində bir neçə dəfə hərbi təxribatlar törətməyə cəhd edib. Lakin nəticədə onlar öz hərbi mövqelərini itirdilər, Azərbaycan isə dövlət sərhədində mövqelərini gücləndirdi. Azərbaycan Prezidenti növbəti dəfə qəti şəkildə bəyan etdi ki, bizim ölkəmiz sülh və sabitlik istəyir. Buna görə də biz Ermənistanın bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər.
Bəli, biz sülh tərəfdarıyıq. Ali Baş Komandanımızın qətiyyətli müsahibəsini alqışlayırıq.
Vüsal TALIBLI,
Sabirabad Regional Meşə
Təsərrüfatı Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter