• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində hazırki reallıqları bütün dünyaya çatdırdı

  • 20.12.2021, 12:48, Baxış sayı:
  • 502
Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində  hazırki reallıqları bütün dünyaya çatdırdı

Prezident İlham Əliyev “El Pais” qəzetinə müsahibə verib. Bu müsahibədə bir çox məsələlərə toxunulub. İlham Əliyev verilən sualları cavablayarkən bəzi məqamlara da aydınlıq gətirib.
Azərbaycan daima haqqın tərəfində olmuş, daima haqq üçün, haqq yolunda mübarizə aparmışdır. Bu mübarizəmiz bütün dünyaya aydındır. Biz daima qonşu və ya qeyri-qonşu dövlətlərlə sülh, əmin-amanlıq, qonşuluq münasibətləri qurmağa çalışmış və buna çox zaman nail olmağı bacarmışıq, lakin bununla barışmayan, qonşuluq münasibətlərinə ciddi ziyan vuran Ermənistan daima məkrli plan qurmuş və iki dövlət arasındakı qonşuluq münasibətlərini yox etmişdir.
Azərbaycan tarixən erməni xalqına qucaq açmış olsa da bu heç də qarşılıqlı olmayıb. Doğma yurdumuz Ermənistan ordusu tərəfindən işğala məruz qalmış, xalqımız öz yurdlarıdan məcburi köçürülmüşdürlər.
Bu işğal 30 il davam etmiş və bu 30 il ərzində Qarabağa böyük ziyanlar vurulmuşdur. Bunu Qarabağa işğaldan azad edildikdən sonra səfər edən hər kəs təsdiqləyir. Erməni vandalizmi səbəbi ilə bu gün Azərbaycanın tarixən öz gözəlliyi ilə seçilən Ağdam şəhəri, Füzuli şəhəri xarabalığa çevrilmiş, Qarabağın təbii ehtiyatları Ermənistanın buna heç bir haqqı olmadığı halda talan edilmişdir.
Biz əsrimizin sərkərdəsi olan İlham Əliyevin və müzəffər ordumuzun sayəsində hərb meydanında öz gücümüzü göstərmiş olduq. Biz bütün dünyaya sübut etmiş olduq ki, bu məsələdə son ana qədər səbr etmişik və bu məsələnin sülh yolu ilə həllini uzun zaman gözləmişik. Amma sülh danışıqlarının uzadılması bizi müharibəyə məcbur etmişdir.
Müharibənin 44 gün davam etməsi və cəbhədən hər gün qalibiyyət xəbərinin gəlməsi bizim Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istədiyimiz üçün 30 il səbr etdiyimizin göstəricisidir.
Bu gün biz qalib ölkəyik, amma qarşı tərəf bununla barışmaq istəmir. Bunun bariz nümunəsi müharibənin sona çatması və sülh bəyənnaməsinin imzalanmasına baxmayaraq qarşı tərəfin hələ də sərhədləri atəşə tutmasıdır.
Bu gün Azərbaycan, Rusiya və Türkiyə dövlətləri Qarabağda dinclik və əmin-amanlıq üçün birlikdə çalışırlar. Həmçinin Prezident İlham Əliyevin göstərişi ilə artıq Qarabağda quruculuq işləri aparılır. Biz öz vətənimizi, öz doğma yurdumuzu abadlaşdıracaq, onu əvvəlkindən də gözəl hala gətirə biləcək gücə malik bir ölkəyik.
Qarabağda quruculuq işləri ilə yanaşı həm də minadan təmizləmə işləri də aparılır. Bu gün bütün dünyanın gözü öz gözəlliyi ilə bilinən Qarabağdadır. Hər kəs Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Qarabağın Azərbaycan olduğunu qəbul edir. Biz qarşı tərəflə sülh danışıqlarına daima hazır olmuşuq və hələ də hazırıq. İlham Əliyev hər dəfəsində bizim erməni xalqı ilə heç bir problemimizin olmadığını vurğulamışdır. Biz sülh danışıqlarına hazırıq, amma bir məqamı qeyd etmək lazımdır ki, biz Qondarma Dağlıq Qarabağ Respublikası artıq tarixə qovuşub və bu haqqda heç vaxt, heç kimə güzəştə gedilməyəcək.
Biz bu gün hərtərəfli inkişaf edən bir ölkəyik. Biz bu inkişafı hər sahədə müşahidə edirik. Bu gün Azərbaycanın neft və qaz ilə bir çox ölkələri təmin etməsini buna misal göstərə bilərik. Belə inkişafın göstəricisidir ki, Füzulidə inşa edilən hava limanının tikintisi sadəcə bir neçə aya başa gəldi. Biz ll Qarabağ müharibəsində Azərbaycanın qazandığı uğuru bu inkişafa ən gözəl nümunə olaraq göstərə bilərik.
Təbii ki, bu inkişaf atılan doğru addımların nəticəsindədir. Azərbaycan öz azadlığını elan etdikdən sonra ardıcıl olaraq Heydər Əliyev, daha sonra isə İlham Əliyev uğurlu daxili və xarici siyasət apararaq Azərbaycanı inkişaf etdirməyə nail olmuşdurlar.

Şükufə Əsgərova,
Sabirabad rayon saakini,
«Əməkdar mədəniyyət işcisi», təqaüdçü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter