• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətəndaşın küllü miqdarda pulunu ələ keçirən sabirabadlı falçı və əri ilə bağlı

  • 16.12.2021, 11:05, Baxış sayı:
  • 983
Vətəndaşın küllü miqdarda   pulunu ələ keçirən sabirabadlı falçı və əri ilə bağlı
Azərbaycanda vəzifəli şəxsin bacısının fala baxmaq adı ilə külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Ceyhun Zeynallı və onun həyat yoldaşı Şəfəq İsmiyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Ceyhun Zeynallının 13 il, Şəfəq İsmiyevanın isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş Şəfəq Müslüm qızı İsmiyeva barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
2020-ci ilin fevralın 20-də hər iki şəxs həbs edilib.
Şəfəq İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.
O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.
Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcınının da köməyindən istifadə olunacağını bildirib.
Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi 1 milyon 998 min manatını ələ keçiriblər.
İstintaq orqanı tərəfindən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Şəfəq İsmiyeva Ceyhun Zeynallının həyat yoldaşı kimi göstərilsə də, sənədlərdən göründüyü kimi onlar ayrı-ayrı soyad daşıyırlar.
Bu məqam üzrə araşdırma zamanı məlum oldu ki, Ceyhun Zeynallı çox qısa bir müddət ərzində Şəfəq İsmiyeva ilə ailəli olub.Onların nigahı uğursuz olub və ayrılıblar.
Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: "Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm".
Ağarzayevin sözlərinə görə, ona dəymiş ziyandan 293 min manat ödənilib.
Rəna Ağarzayeva məsul vəzifəli şəxsin bacısıdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter