• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ərli qadının intim görüntülərlə şantaj edən şəxsdən XƏBƏR VAR

  • 08.03.2021, 14:12, Baxış sayı:
  • 467
Ərli qadının intim görüntülərlə şantaj edən şəxsdən XƏBƏR VAR
Bakıda qadını şantaj etməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Teymur Sadiqi-Raşidinin apelyasiya şikayətinə baxılıb.
“Muganinsesi.az” Teleqraf.com-a istinadla bildirir ki,, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.
Teymur Sadiqi-Rəşidinin barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
İttihama görə, Teymur Sadiqi-Raşidi 2015-ci ildən 2020-ci ilin yanvar ayının əvvələrinədək qeyri-rəsmi ər-arvad münasibətində olduğu Sahibə Vəliyeva (ad-soyad şərti verilib-red.) ilə müxtəlif vaxtlarda birlikdə çəkdirdiyi fotoşəkilləri, eləcə də, "WhatsApp" ani mesajlaşma sistemi ilə aparılan danışıqları onun rəsmi nikahda olan əri Sadiq Vəliyevə və digər ailə üzvlərinə göndərəcəyini bildirib.
Teymur Sadiqi-Raşidi Sahibə Vəliyevanın haqqında rüsvayçı məlumatları yayma hədəsi ilə 2020-ci ilin mart ayının əvvələrində ondan 10.000 ABŞ dolları tələb edib.
Sahibə Vəliyevanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə vermiş olduğu ərizə əsasında əməliyyat keçirilib. Teymur Sadiqi-Raşidi Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Bravo" marketin qarşısında Sahibə Vəliyevadan 1000 manatı alarkən saxlanılıb.
İstintaq orqanı tərəfindən Teymur Sadiqi-Raşidinin barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Sadiqi-Rəşidi 8 il müddətinə azadlıqdan məhrum edilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter