Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı
- 20.05.2021, 15:50, Baxış sayı:
- 538
Facebook
Вконтакте
Одноклассники
Google+
Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunub.
Bununla bağlı Baş prokurorluqdan Lent.az-a verilən məlumata görə, Abşeron rayon Prokurorluğuna daxil olan müraciət əsasında aparılan ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat almaqla dələduzluq edib.
Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.