• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ermənilər əsirlərimizin gözlərini ona görə çıxarırdı ki... – Dünya şöhrətli fotoqraf Reza Deqati açıqladı

  • 16.12.2021, 10:48, Baxış sayı:
  • 342
Ermənilər əsirlərimizin  gözlərini ona görə çıxarırdı ki... – Dünya şöhrətli fotoqraf Reza Deqati açıqladı
Ermənilər əsirlərimizin  gözlərini ona görə çıxarırdı ki... – Dünya şöhrətli fotoqraf Reza Deqati açıqladı


Xəbər verdiyimiz kimi dünyaca məşhur fotoqraf Fransanın ölkəmizdəki səfiri ilə rayonumuzda səfərdə olub, Sabirabad “ASAN xidmət” mərkəzinin və həmçinin rayonun kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə, Kür və Araz çaylarının qovuşduğu məkan “Suqovuşan”la tanış olublar.
Qeyd edək ki, Reza Deqqati Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forumunda da fəxri qonaqlardan olub.
Dünya şöhrətli fotoqraf Reza Deqati mətbuata müsahibəsində çox vacib məqamlara toxunub:[/b]
- Reza bəy, dahi Nizaminin büstünü işğaldan sonra lentə alan ilk fotoqrafsınız. Həmin məkanı tapmaq çətin olmadı?
- Zəngilan rayonu işğaldan azad olunandan sonra oradakı dağıntıları çəkməyə yollandım. Dedilər, burada bir ərazi var oraya Nizaminin adı verilib. Həmin qəsəbəyə girdik. Nizaminin abidəsini görüb heç də təəccüblənmədim. Çünki gözləri güllələnib dağıdılmışdı. Eyni hala Üzeyir bəyin, Bülbülün büstlərundə də rast gəlmişdim. Hətta bir qədər də geri qayıdaq. Xocalı faciəsi dövründə əsirlərimizin diri-diri gözlərini çıxarırdılar. Ağdam məscidində gördüyüm cəsədlərin çoxunun gözləri yox idi.
- Sizcə, bunun səbəbi nədir?
- Səbəbi psixoloji xəstəlik, etnik xofdur. Onlar azərbaycanlıların gözünə baxmaqdan qorxurlar. Ona görə nə qədər sülh olsa da, qələbənin sevincini yaşasaq da, bu məqamı unutmamalıyıq. Elə bu büstləri də olduğu kimi saxlamalıyıq. Çünki kökümüz nə qədər güclü olsa, bir o qədər toxunulmaz olacağıq.
- Reza bəy, əminəm ki, Nizami yaradıcılığına bələdsiniz.
- Əlbəttə. Mən Nizamini uşaqlıqdan oxuyuram. Özü də fars dilində. Nizami nəinki Azərbaycanın, bütün dünyanın dəyəridir, humanizmin simvoludur.
Ermənilər əsirlərimizin  gözlərini ona görə çıxarırdı ki... – Dünya şöhrətli fotoqraf Reza Deqati açıqladı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter