• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Fransanın ölkəmizdəki səfiri Zakari Qros və dünyaca məşhur fotoqraf Rza Deqqati rayonumuzda səfərdə olublar

  • 10.12.2021, 21:40, Baxış sayı:
  • 261
Fransanın ölkəmizdəki səfiri Zakari Qros və dünyaca məşhur fotoqraf Rza Deqqati rayonumuzda səfərdə olublar
Sabirabad rayonuna səfər çərçivəsində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros və dünyaca məşhur fransız fotoqraf Rza Deqqati Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatları Kamal Cəfərov, Ramin Məmmədov və Soltan Məmmədovla birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.
Qonaqları salamlayan Sabirabad “ASAN xidmət” Mərkəzinin direktoru Elvin Cəfərov mərkəzin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Elvin Cəfərov bildirmişdir ki, klassik “vahid məkan” prinsipi əsasında çalışan “ASAN xidmət” Mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Səfir Zakari Qros iki dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildirmişdir. “ASAN xidmət” Mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Daha sonra qonaqlar rayonun kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə, Kür və Araz çaylarının qovuşduğu məkan “Suqovuşan”la tanış olmuşlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter