Ermənilər Natəvanın yaşadığı sarayı da talan ediblər
- 31.01.2021, 14:39, Baxış sayı:
- 523
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə Xan qızı Natəvanın yaşadığı sarayda olub.
Fotoqraf Cavanşirlər nəslinin ermənilər tərəfindən talan edilmiş sarayından fotolar paylaşaraq yazıb:
“Mən Xurşudbanu Natəvanın yaşadığı, şeirlərini yazdığı, Şuşaya su kəməri çəkməyi planlaşdırdığı Sarayda 1992-ci ildə olmuşdum. Onun şeirləri üçün ilhamlandığı pəncərənin qarşısında dayanmışdım.
Cavanşir Xan Sarayı şəhər ermənilər tərəfindən işğal edilənə - 1992-ci ilin mayına qədər ev muzeyi olub. 2020-ci ilin dekabrında mən Şuşaya qayıtdım və dəhşətə gəldim. Muzeyin daxilindəki hər şey talan edilmiş, saray dağıdılmış və həyəti donuz otlağına çevrilmişdi. Nə üçün?”.
/Muganinsesi.az/