Aşqabad sənədi ölkəmizin maraqlarına cavab verir
- 10.12.2021, 21:36, Baxış sayı:
- 390
Facebook
Вконтакте
Одноклассники
Google+
Afiq QULİYEV,
Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbinin
direktoruDünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən vacib məsələlər sırasındadır. İstər tədbirdəki çıxışlarda, istərsə də Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin reallaşdırdığı ikitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması uğurlu siyasətimizin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi. Azərbaycanın İƏT-in fəal üzvü kimi beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətimizin prioritet istiqamətlərindəndir.
İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına cavab verən müddəalar öz əksini tapması məhz belə yanaşmanı sərgiləyir. Sənəddə ilk diqqət çəkən məqam xalqımızın və siyasi rəhbərliyimizin işğal altındakı ərazilərin azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə təbriki faktıdır. Digər vacib məqam üzv ölkələrin azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə sərmayələrin qoyulmasına çağırılmasıdır. Təşkilat çərçivəsində qəbul olunan hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış “dəhliz” ifadəsinin işlədilməsi Zəngəzur dəhlizi reallığının İƏT coğrafiyasında dəstəkləndiyindən xəbər verir. Bu isə Azərbaycan, Türkiyə və Rusiyanın təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.
Təsadüfi deyil ki, Soçi görüşündəki uğurdan sonra İƏT-in Aşqabad sammitində Azərbaycan Prezidenti reallığa çevrilmiş Zəngəzur dəhlizinin yeni nəqliyyat infrastrukturu kimi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyini bəyan etdi. Çünki son zamanlar faktiki olaraq Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın Zəngəzur dəhlizini gərçəkləşdirməsi bölgənin nəqliyyat sektorunun inkişafında daha sərfəli imkanlar üçün yaşıl işıq yandıracaq.