• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Liderlər dünyaya birlik və həmrəylik mesajları verdilər

  • 03.11.2021, 17:55, Baxış sayı:
  • 300
Liderlər dünyaya  birlik və  həmrəylik mesajları verdilər
Amid HƏSƏNOV,
rayon Statistika İdarəsinin
məsləhətçisi

Qarabağ artıq Azərbaycan və Türkiyə üçün yeni bir siyasi mərkəzə çevrilib. Türkiyə Prezidentinin bu səfəri Qarabağın ölkələrimiz üçün önəminin nə olduğunu bütün dünyaya nümayiş etdirir. Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu hadisəni əsl qardaşlıq və dostluq nümunəsi adlandıraraq demişdir: “Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir”. Türk dünyasının iki lideri bölgədə çəkilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun təməlini qoymaqla yeni beynəlxalq yol və ticarət qovşağının – Zəngəzur dəhlizinin reallaşmasına birlikdə xeyir-dua vermiş oldular. Belə bir strateji xəttin üzərində hava limanlarının olması Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biri kimi təbii və zəruridir. Bildiyiniz kimi, yaxın gələcəkdə Zəngilan və Laçında da beynəlxalq statuslu hava limanlarının inşası nəzərdə tutulur.
Zəngəzur dəhlizi Avropa və Asiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsi çərçivəsində böyük əhəmiyyətə malik marşrutdur. Dəhlizin açılması Ankara və Bakının təkcə regionda yox, Avrasiyadakı geosiyasi dəyişiklikdə rolunu artıracaq.
Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığının göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Asiyanı Avropa ilə bağlayacaq və region dövlətlərinin iqtisadi və siyasi maraqlarına uyğun olan bu layihə Avrasiya məkanına yeni dividentlər gətirəcək. Azərbaycan isə dünya xəritəsində önəmli kommunikasiya mərkəzlərindən birinə çevrilməklə beynəlxalq siyasətə təsir baxımından regionda öz nüfuzunu və gücünü artıracaq.
Qardaş ölkə Prezidentinin işğaldan sonra Qarabağa, Şuşaya səfəri də tarixi hadisədir. Rəcəb Tayyib Ərdoğanın birinci səfəri zamanı tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Şuşa Bəyannaməsi düşmənlərimizə və onların xarici havadarlarına çox ciddi mesaj oldu. Bu sənəd həm də ölkələrimizin qardaşlığının daha bir nümunəsidir. Hesab edirəm ki, Türkiyə Prezidentinin ölkəmizə növbəti səfəri, verilən bəyanatlar dünyaya ünvanlanan birlik və həmrəylik mesajıdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter