• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bölgədə sabitlik və sülh istəyirik

  • 16.10.2021, 22:06, Baxış sayı:
  • 292
Bölgədə sabitlik və sülh istəyirik
Namik AĞAMMƏDOV,
ehtiyatda olan zabit, 2-ci Qarabağ müharibəsinin iştirakçısı

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərindən sonra həmin torpaqlarda erməni vandalizminin izləri silinir, tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastruktur layihələri reallaşdırılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bir sözlə Qarabağımıza yeni nəfəs gəlir. Oktyabrın 9-da Prezident İlham Əliyevin Xocavənd ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı da görülən quruculuq, bərpa işlərindən bəhs edilmiş, 44 günlük Vətən müharibəsinin şanlı qələbəsindən söz açılmışdır. Ümumiyyətlə, ölkə başçımız görüşdə bir çox məqamlara toxunmuş və həm daxili, həm də xarici auditoriya üçün olduqca vacib mesajlar vermişdir. İlk öncə dövlət başçımız Hadrutun işğaldan azad olunmasının vacibliyindən danışaraq, bu əməliyyatda Silahlı Qüvvələrimizin fədakarlığından, qəhrəmanlığından, əsgərlərimizin, zabitlərimizin ölümə irəlilədiyindən və torpaqlarımızın şəhidlərimizin canı ilə, qanı ilə geri alındığından bəhs etmişdir.
9 oktyabr tarixi təsadüfən seçilməyib. 2020-ci ilin oktyabrın 9-da Hadrut qəsəbəsi, Tuğ kəndi və Xocavənd rayonuna aid xeyli digər kəndlər erməni işğalından azad edilib. Səfər də məhz azad olunmanın bir illiyi münasibətilə təşkil edilib. Cənab Prezident görüşdən əvvəl bir neçə yeni çəkiləcək Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Hadrut-Tuğ yollarının təməlinin qoyulmasında iştirak etdi və yenidənqurma ilə bağlı bir sıra tapşırıqlar verdi. Həmçinin çox böyük elektrik yarımstansiyasının açılışı oldu və Hadrut qəsəbəsində məscid binasının təməlini qoydu. Hadrut qəsəbəsində ilk dəfə 100 ildən sonra bizim məscidimiz olacaq.
Dövlət başçısı ictimaiyyətin nümayəndələri ilə görüşündə çıxışı zamanı ciddi mesajlar verdi, olduqca əhəmiyyətli məsələlərə toxundu. Biz bölgədə sabitlik və sülh istəyirik. Hələ qarşı tərəf bununla bağlı konkret fikrini bildirməyib. Cənab İlham Əliyev bir daha Ermənistanda revanşist qüvvələrə bu xəbardarlığı etdi ki, ağlınızı yığın başınıza. “Dəmir yumruq” buradadır, heç yerə getməyib, yerindədir. Əgər bir daha Azərbaycana qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter