Azərbaycanda intim görüntüləri ilə şantaj edilən iş adamı ÖZÜNÜ ÖLDÜRDÜ - TƏFƏRRÜAT/QƏRAR
- 28.04.2021, 15:34, Baxış sayı:
- 521
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda iş adamlarını və digər imkanlı şəxsləri intim görüntüləri ilə şantaj edən, eləcə də Şamaxı sakini Bəxtiyar Həsənovun intiharına səbəb olan Dünyamalı Şahbazov və Elnarə Əzizzadə barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 228.4-cü (qanunsuz silah saxlama), 243.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 296.2-ci ( Bilə-bilə yalan xəbərçilik etmə) açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində hökm oxunub. əvvəllər də məhkumluq həyatı yaşamış 1990-cu il təvəllüdlü Dünyamalı Şahbazov 13 il 2 ay, Elnarə Əzizzadə isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin istintaqı zamanı məlum olub ki, 2018-ci ildə intihar edən B.Həsənov daha əvvəl E.Əzizzadə ilə sevgi münasibətində olub. Daha sonra onların münasibəti kəsilib. E.Əzizzadə Bəxtiyarın intim görüntülərini onu daha əvvəl şantaj etmiş Dünyamalıya verib. Onlar xeyli vaxt B.Həsənovu şantaj ediblər və 100 min manat tələb ediblər. Mərhumdan 30 min manat alan qrup üzvləri onu şantaj etməkdə davam ediblər, ona atası H.Həsənovu öldürəcəklərini deyiblər.
İstintaqda o da məlum olub ki, E.Əzizzadə daha əvvəl müxtəlif şəxslərlə başqa-başqa ünvanlardakı otel və digər yaşayış sahələrində pul qarşılığında görüşərək cinsi əlaqədə olub, həmçinin bir neçə qadını bu işə cəlb edib.
2018-ci ilin mart ayında Bəxtiyarın şantaj və hədələrə tab gətirməyərək intihar etməsindən sonra faktla bağlı cinayət işi açılıb.