• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanda 17 yaşlı oğul narkoman atasını öldürdü - TƏFƏRRÜAT

  • 31.01.2021, 14:44, Baxış sayı:
  • 581
Azərbaycanda 17 yaşlı oğul narkoman atasını öldürdü - TƏFƏRRÜAT
Abşeron rayonunda yeniyetmə oğlanın atasını qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Oğlu tərəfindən öldürülmüş şəxs narkotik aludəçisi olub. 1981-ci il təvəllüdlü həmin şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin aludəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi məhkumluq həyatı yaşayıb. Atanın azyaşlı oğlu tərəfindən bıçaqlanması məhz bu səbəbdən baş verib.
Məlumata görə, narkotik aludəçisi olan bu şəxs narkotik almaq və istifadə etməklə bağlı evində mütəmadi mübahisələr yaradıb. Növbəti dəfə də o ailə üzvləri ilə bu məqsədlə mübahisə edib və nəticədə 2004-cü il təvəllüdlü oğlu tərəfindən bıçaqlanıb.
Xatırladaq ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü ata evində bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. (trend)
xxx
Abşeron rayonunda oğul atasını qətlə yetirib.
Bu barədə Publika.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə oğlu tərəfindən bıçaqlanan 1981–ci il təvəllüdlü atanın müalicə aldığı xəstəxanada ölməsi barədə 29 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunmuşdur) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb edilib.
Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf edib.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter