• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Toy aparan müğənnilər vaksin vurdurub?

  • 05.07.2021, 20:25, Baxış sayı:
  • 354
Toy aparan müğənnilər vaksin vurdurub?
Xəbər verdiyimiz kimi, COVID-19 pasportu olmayan müğənnilərin və aparıcıların toy məclisinə gedilməsinə icazə verilməyəcək. İyulun 1-dən toyların keçirilməsinə icazə verildikdən sonra sənət adamlarının əksəriyyəti peyvənd etdirməyə yollanıb.
Publika.az Axşam.az-a istinadən peyvənd etdirən və etdirməyən tanınmışları təqdim edir:
Ötən gün qatıldığı toy məclisindən görüntülər yayımlayan meyxanaçı Pərviz Bülbülə vaksinin ilk dozasını vurdurub. Bu haqda ifaçının köməkçisi deyib.
Müğənni Ayan Babakişiyeva bu gün vaksin etdirdiyi anın görüntüsünü yayımlayıb. "Məncə hər kəs öz sağlamlığı ilə birlikdə sevdiklərini də qorumalıdır" deyə, ifaçı paylaşımında yazıb.
Müğənni Elton Hüseynəliyev hələ karantin vaxtı evdə keçirilən məclislərə qatıldığını demişdi. Sənətçi Elton Hüseynəliyev 2 gün əvvəl vaksin etdirib. Görüntüsünü sosial şəbəkədə paylaşan sənətçi hər kəsi peyvəndlənməyə çağırıb.
Toy məclislərindən ən çox görüntü yayımlayan müğənni Şəbnəm Tovuzlu isə vaksini Moskvada etdirdiyini deyib. "Əgər lazım gələrsə Bakıda da peyvənd vurduracam" deyə, ifaçı söyləyib.
Müğənni Sevinc Ağaşirinova ikinci dozanı bu gün vurdurub. O, "Yeni dostum, bədənimə xoş gəldin" deyərək, həmin anın görüntüsünü yayımlayıb.
Ötən gün xına məclisinə gedən və oradan görüntülər yayımlayan müğənni Xatun Əliyeva da vaksin etdirənlər sırasındadır. Bu haqda sənətçinin prodüseri Pənah Eldar deyib.
Xalq artisti Miri Yusif, Röya Ayxan da vaksin etdirənlər sırasındadır. Hətta hər iki müğənninin peyvənd vurdurması qalmaqala səbəb olmuşdu. Belə ki, Röya peyvəndlənmə ilk başlayan və 65 yaşdan yuxarı şəxslərə vurulan zaman etdirmişdi. O, klinikaların birinin işçisi olduğu üçün peyvənd olunduğunu açıqlamışdı.
Miri Yusif isə sağ qoluna peyvənd vurulması ilə gündəmə gəlmişdi.
Hər gün xına məclisləri aparan rəqqasə Fatimə Fətəliyeva da vaksin vurdurduğunu bildirib. Sənətçi hətta COVID-19 pasportunu da təqdim edib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter