• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadlı dünya çempionumuz

  • 02.11.2020, 15:05, Baxış sayı:
  • 940
Sabirabadlı dünya çempionumuz

Azad Əsgərov – Sabirabad rayonunun Suqovuşan kəndindəndir.
Qraplinq və Pankration Federasiyasının prezidenti, qaydasız döyüşçü və həmçinin güləşçidir. Qaydasız döyüş və güləş üzrə dünya çempionudur. Azad Əsgərov 50 döyüş keçirmişdir. Döyüşıərdən 45-ni qazanmışdır.
Onun rəqibləri döyüş zamanı yalnız üç dəfə sona qədər gəlib çıxa bilmişlər. Qalanları isə döyüşün ilk dəqiqələrində məğlub olmuşlar.
Azad 1987-ci ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuşdur. Onun maraq dairəsi yalnız güləşlə məhdudlaşmır, 80-ci illərin sonlarında milyonlarla öz həmyaşıdı kimi o vaxtlar bütün dünyanın rəğbətini qazanan Şərq təkbətək döyüş növlərinin fanatına çevrilmişdir.
1987-ci ildə – 16 yaşımda klassik güləş üzrə yeniyetmələrin SSRİ çempionatının finalında erməni idmançısı ilə qarşılaşmış və onu 15:4 hesabı ilə məğlub etmişdir. Bundan bir il sonra Qubadlıda sərbəst güləş üzrə Azərbaycan çempionu olmuşdur.
Volqoqrada da erməni idmançısını məğlub etmişdir. Azad Əsgərov Aqon Akopyanı qaydasız döyüşün ilk dəqiqələrdə diz çökdürmüşdür.
1999-cu ildən başlayaraq, Azad peşəkar pankration idman növü ilə məşğul olmağa başlamışdır. İlk döyüşündə (Rusiya Federasiyası Pankration Federasiyasının reytinq döyüşü) Azad öz rəqibini bir dəqiqə otuz saniyə ərzində məğlub etmişdir. Bu minvalla Azad Əsgərov öz adının pankration idman növü üzrə dünya təkbətək döyüş növü tarixinə daxil olunmasına nail olmuşdur.
Həmyerlimizlə fəxr edirik.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter