“Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”
- 02.11.2020, 14:35, Baxış sayı:
- 623
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Muğanın səsi” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident görüşdə çıxışı zamanı bildirib ki, Vətən müharibəsində yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğaldan azad edilib:
“Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək. İlkin məlumatlar gəlib. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik. İşğalçıları torpaqlarımızdan qovacağıq”.