Dəclə çayının İraqdan keçən hissəsi quruyur
- 20.09.2022, 17:50, Baxış sayı:
- 957
Facebook
Вконтакте
Одноклассники
Google+
Mənbəyini Türkiyədən götürən Dəclə çayının İraq ərazisindən keçən hissəsi quruyur.
Bu barədə “i24news.tv” məlumat yayıb.
Dünya Bankının məlumatına görə, 2050-ci ilədək İraqın əkin üçün yararlı torpaqlarının üçdəbiri susuz qalacaq.
BMT-nin göstəricilərinə əsasən, İraq dünyada təbii fəlakətdən əziyyət çəkən 5 dövlətdən biridir.
Rəsmi Bağdad hər il Türkiyədən çaya daha çox su buraxmağı xahiş edir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İraqdakı səfiri Əli Rza Güney rəsmi Bağdadı mövcud su ehtiyatından daha səmərli istifadə etməyə çağırmışdı.“Report”