• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İki övladı Kürdə batan ataya HÖKM OXUNDU

  • 18.06.2021, 19:40, Baxış sayı:
  • 479
İki övladı Kürdə batan ataya HÖKM OXUNDU
Bir neçə ay əvvəl Kürdə batan bacı-qardaşın atasına hökm oxunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabirabad rayonu, Cəngan kənd sakini Şahin Hüseynli Cinayət Məcəlləsinin 4 maddəsi (narkotik vasitələrin becərilməsi, külli miqdarda narkotik əldə etmə, narkotik satma və soyuq silah saxlama) ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, Ş.Hüseynlinin iki övladının bir neçə ay əvvəl Kür çayında bataraq faciəli şəkildə ölməsini yüngülləşdirici hal kimi nəzərə alıb.
Qeyd edək ki, bu ilin aprel ayında Sabirabad rayonunda baş verən faciə ilə bağlı məlumat yayılmışdı. Həmin məlumata görə, hadisə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlu Kür çayında batıb.
Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, 5 yaşlı Hüseyn Hüseynli sürüşərək çaya düşüb. Bu zaman onu xilas etmək istəyən bacısı, Məryəm Hüseynli özünü çaya atıb. Nəticədə onların hər ikisi boğularaq ölüb.
Xatırladaq ki, faciə yaşayan ailənin başçısı Şahin Hüseynli hadisədən bir müddət əvvəl həbs edilibmiş.
Çayda bataraq ölən Məryəm Hüseynli isə nişanlı olub.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter