• 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 
  • 12:28 – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Türkədi kəndində vətəndaşları qəbul edib 

Kür çayında batmış azyaşlının meyiti tapılıb

  • 14.04.2021, 11:32, Baxış sayı:
  • 382
Kür çayında batmış azyaşlının meyiti tapılıb

9 aprel 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.
FHN-in saytına istinadən xəbər verir ki, axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.
Aprelin 10-da Məryəm Hüseynlinin meyiti tapılıb. Batan şəxslər qardaş-bacıdır.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter