SON DƏQİQƏ: Türkiyə və ABŞ Əfqanıstanda ƏMƏLİYYAT BAŞLATDI - Qırıcılar Kabil səmasında
- 20.08.2021, 15:13, Baxış sayı:
- 495
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ və Türkiyə Əfqanıstanın paytaxtı Kabildə təxliyə əməliyyatları başladıblar.
Publika.az xəbər verir ki, Əfqanıstan "Taliban"ın əlinə keçdikdən sonra vətəndaşlarını ölkədən çıxarmağa başlayan Vaşinqton rəhbərliyi təxliyə prosesini yaxından izləmək üçün bölgədə "RC-135" tipli casus təyyarələri havaya qaldırıb.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-18" döyüş təyyarələrinin də təhlükəsizliyi təmin etmək üçün Kabil Hava Limanı ətrafında uçduğu bildirilib.
Digər tərəfdən, Türkiyə də vətəndaşlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bir müddət əvvəl Əfqanıstana sağlamlıq turizmi üçün gedən 5 türkiyəli köməksiz qaldıqları Kabil şəhər mərkəzindən Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən təxliyə üçün Həmid Kərzai Beynəlxalq Hava Limanına gətirilib.