SON DƏQİQƏ: Putin əmr verdi - Hər an ABŞ-Rusiya müharibəsi başlaya bilər
- 22.06.2021, 22:36, Baxış sayı:
- 541
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya donanması böyük hərbi qüvvə ilə Havay adalarına yaxınlaşıb.
Redaktor.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə 20-dək gəmi, sualtı qayıqlar, dəstək vasitələri və 20 təyyarədən ibarət hərbi texnika Havaydan 35 mil (təxminən 55 km) məsafəyədək irəliləyib.
Bunun müqabilində ABŞ F-22 döyüş təyyarələri havaya qalxaraq onları yaxından izləyib. Həmçinin, ABŞ-a aid "USS Carl Vinson" və "USS Dewey" döyüş gəmiləri Havay adalarına göndərilib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə Tu-142 döyüş təyyarələrinin havaya qalxdığı anlar öz əksini tapıb. Təxminən 9 980 kilometr məsafəni qət edən Tu-142 təyyarələri də havada yanacaqla təmin edilib.
Həm hava, həm də quruda təşkil olunan genişmiqyaslı təlimlərdə mühüm tapşırıqlar icra olunub.
/Muganinsesi.az/