• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirdi

  • 15.08.2021, 17:59, Baxış sayı:
  • 487
“Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirdi
Əfqanıstanın Xost şəhəri radikal “Taliban” hərəkatının nəzarəti altına keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid tvitter səhifəsində bildirib.
“Xost əyalətinin paytaxtı Xost şəhəri nəzarətimiz altına keçdi. Bir müddət əvvəl əyalətin qubernatoru, polis rəisi, kəşfiyyat xidməti və digər idarə orqanları tamamilə ələ keçirildi”, - paylaşımda deyilir.
Həmçinin qeyd olunur ki, hakimiyyət qüvvələri böyük itki verib, öz mövqelərini tərk edib, silah-sursatı atıb qaçıblar.
Daha əvvəl “Taliban” Mahmudraki və Bamian şəhərlərinin nəzarətləri altına keçdiyini elan edib.
***
Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.
“Ölkənin paytaxtında hərbi əməliyyatlar aparılmır, hərəkat bütün Əfqanıstana nəzarət edir”, - “Taliban”ın bəyanatında deyilir.
“Taliban”, həmçinin Əfqanıstanın Bəhram bazasını nəzarət altına alıb.

/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter