• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

AXC-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövründə torpaqlarımız düşmən tapdağı altına düşmüşdür

  • 28.02.2021, 19:46, Baxış sayı:
  • 468
AXC-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti  dövründə torpaqlarımız düşmən tapdağı altına düşmüşdür
Hər bir demokratik dövlətin ümumilikdə ölkənin milli mənafeyini ön planda tutan, xalqın problemlərini gündəmə gətirən konstruktiv müxalifətə ehtiyacı var. Belə bir siyasi qüvvənin mövcudluğu həmin ölkəyə yalnız fayda gətirə, onun inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm amilə çevrilə bilər. Demokratiya yolunu seçən və bu yolda böyük məsafə qət edən müstəqil Azərbaycan Respublikası da ölkədə konstruktiv müxalifətin formalaşmasında maraqlıdır. Ancaq təəssüf ki, ölkəmizdəki bəzi siyasi qüvvələr hələ də köhnə təfəkkürlə yaşayır, siyasi mübarizənin demokratik, sivil yollarla aparılmasının zəruriliyini dərk edə bilmirlər. Çağdaş dövr tariximizdə fəaliyyətinə yaxından bələd olduğumuz müxalif siyasi partiyaların, xüsusilə də AXCP və Müsavatın timsalında bunu açıq-aydın görmək mümkündür. 1992-ci ildə AXC-Müsavat mənfur cütlüyü hakimiyyət naminə Azərbaycanın torpaqlarını düşmənə təhvil vermək üçün bütün imkanlarını işə salmışdı.
Bu insanlar dövləti və milli maraqları öz mənafelərinə qurban verməyi bacardılar. Birbaşa bu xalqa, dövlətçiliyə xəyanət etdilər. Mənfur düşmənlərin dəyirmanına su tökməklə ərazilərimizin işğalına şərait yaratdılar. Dövlətin iqtisadi əsaslarını sarsıtmaqla, insanların sosial problemlərlə üz-üzə qalmasına şərait yaratmış olan AXC-Müsavat cütlüyü hakimiyyətləri dönəmində dövlət xəzinəsinin də bütövlükdə boşalmasına, talan edilməsinə rəvac verdilər. Bütün bunların fonunda ölkədə ərzaq çatışmazlığı yarandı, insanlar zəruri qida ehtiyaclarını belə təmin etməkdə çətinliklər yaşadılar. Azərbaycan ərazilərinin arıdıcıl olaraq Ermənistan tərəfindən işğalına qarşı da o dövrün yarıtmaz qüvvələri tərəfindən heç bir adekvat addımlar atılmadı. Nəticədə, Kəlbəcərin, Şuşanın işğalı işğalçıda daha böyük iştahlar yaratmış oldu. Çünki AXC-Müsavat hakimiyətindəki mövcud qüvvələr ölkəni elə bir duruma salmışdılar ki, xalq sabaha olan ümidini belə itirmişdi. Ölkəmiz düşmən qarşısında zəif və gücsüz bir duruma salınmışdı. Hakimiyyətdəki həmin qüvvələrin isə əsas amalı şəxsi prinsiplərini təmin etmək idi. Həmin dövr hakimiyyəti qəsb etmiş qüvvələr üçün heç bir milli-mənəvi dəyər qalmamışdı. Xalqın onların bu yarıtmaz fəaliyətini tez bir zamanda ifşa edəcəyini bildikləri üçün qısa zamanda böyük talançılıqlara, satqınlıqlara rəvac verirdilər. Şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq, ancaq mənafeləri naminə addımlar atmaq nəticə etibarı ilə ölkənin ayaqda durma immunitetini sarsıtmış oldu. Bir prinsipi unutmaq olmaz ki, həmin o qüvvələr birbaşa dövlətə və dövlətçiliyə xayənət etdilər. İndi də o dövrün tör-töküntüləri, dövlət katibi vəzifəsinə qədər yüksələn şəxslər öz çirkin niyyətlərini gizlədə bilmirlər. Ardıcıl olaraq milli xəyanətkar ünsürlər tərəfindən xalqımıza qarşı qarayaxma kanpaniyaları təşkil edirlər. Bütün bu olanları geridə qoyan xalqımız öz müqqədəratını, gələcəyini təmin etməyi də bacardı. Azərbaycanın bu gün dünyada öz layiqli mövqeyi güclənməkdədir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasi strategiya bu gün cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir.
44 günlük Vətən müharibəsində Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun əldə etdiyi qələbənin ardından radikal müxalifət düşərgəsinin öz antimilli xislətinə uyğun davranışlar sərgilədiyi heç kimə sirr deyil. Lakin “Xəcalət çəkmək!” əvəzinə yenidən çirkin yalanlarla özlərini siyasət meydanına atmağa cəhd göstərənlər unudurlar ki, Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar 29 il əvvəl məhz onların hakimiyyət hərisliyinin qurbanına çevrilmişdir.
Kərimov İbrahim,
YAP Sabirabad rayon təşkilatının üzvü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter