• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dövlət başçısı: “Məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü”

  • 12.04.2021, 20:38, Baxış sayı:
  • 484
Dövlət başçısı: “Məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü”
Xocalı soyqırımından 3 ay keçəndən sonra Şuşa və Laçın işğal altına düşdü”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.
Prezident qeyd edib ki, məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti hesabına, bunun nəticəsində Şuşa və Laçın işğal altına düşdü: “Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi. Hansı ki, söz vermişdi, Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu gün qədər orada-burada sülənir, tula kimi. Hakimiyyət faktiki olaraq AXC-Müsavatın əlində idi. Onlar Şuşanı və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Onların böyük xəyanətidir! Ondan sonra nələr baş verdi? Ondan sonra faktiki ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, AXC-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu, videomaterillar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, özləri bu xəyanətin içindədir. Ordunu gücləndirmək əvəzinə, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətlərini möhkəmləndirirdilər”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Naxçıvanda Heydər Əliyev blokada şəraitində imkan vermədi ki, ermənilər Naxçıvanı işğal altına salsınlar: “Halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilər və mülki vətəndaşlar sinəsini qabağa verərək, öz torpaqlarını müdafiə ediblər. Məhz Heydər Əliyev faktoru hesabına! Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula ora desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar Naxçıvanda Heydər Əliyev qarşı mübarizə aparırlar. Xalq Cəbhəsi-Müsavat xəyanətkarları, onların əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq ayağa qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir? 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə təhvil verdilər. Ondan sonra da təşvişə, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər və öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada - Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı cəmi 1 il onlara dözdü. Amma görün 1 il ərzində nə qədər böyük ziyan vurdular. Torpaqlarımız əldən getdi, Ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər! Ona görə də mən deyəndə ki, bunlar xəyanətkardır, satqındır, düşməndir, məhz buna əsaslanaraq, tarixi faktlara əsaslanaraq deyirəm. Onların bu mənfur xisləti bu gün də özünü biruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim Ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə də bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil. Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoyuldu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi. Sabitlik, qayda-qanun yaradıldı və nizami Ordu quruculuğu başlandı”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter