Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü
- 24.01.2021, 09:36, Baxış sayı:
- 434
Facebook
Вконтакте
Одноклассники
Google+
Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə “Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.
Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir.
Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb. /Muganinsesi.az/