SON DƏQİQƏ! Azərbaycan və Türkiyə tarixi uğuru birgə əldə etdi: Rekord müddətə...
- 19.12.2020, 19:06, Baxış sayı:
- 356
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edən, ilk dəfə Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar təyinat nöqtəsi olan Sian şəhərinə çatıb.
“Muganinsesi.az” Oxu24.com-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC məlumat yayıb.
Bildirilib ki, qatar Türkiyədən Çinin Qazaxıstanla sərhədinə rekord müddətdə – 10 gün ərzində yetişib. Belə ki, dekabrın 6-sı saat 10:30-da Türkiyənin Köseköy stansiyasından tam yüklənərək yola çıxan qatar ayın 16-da Çinin Sincan Uyğur muxtar bölgəsindəki Xorqos quru limanına daxil olub. Bu da planlaşdırılan vaxtdan 2 sutka tez deməkdir.
Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan konteyner qatarı ümumilikdə 8 693 kilometr yol qət edib.
BTQ vasitəsilə, "Türkiyə Dövlət Dəmir Yolları"nın dəstəyi ilə İstanbuldan Siana yola salınmış qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – "Pasifik Eurasia Logistics" (Türkiyə), "GR Logistics" (Gürcüstan), "ADY Konteyner" (Azərbaycan) və "KTZ Express" (Qazaxıstan) şirkətləridir. Qatar təyinat məntəqəsinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatıb.
Artıq Türkiyədən Çinə ikinci ixrac qatarının göndərilməsi istiqamətində növbəti sifariş daxil olub. 42 ədəd 40 futluq konteynerdən ibarət qatarın yaxın günlərdə yola salınacağı gözlənilir.