• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Başın sağ olsun, Vətən !

  • 20.01.2021, 08:41, Baxış sayı:
  • 401
Başın sağ olsun, Vətən !
20 Yanvar şəhidləri. Tanrı bəxtəvərliyinə nəsib olmuş bu müqqəddəs yolun yolçuları ona görə unudulmaz, əziz və əbədiyaşardılar ki, onlar öz gücləri, mənəvi qüdrətləri sayəsində ölümün üstünə yeridilər. Vətən torpağının bütövlüyü, xalqımızın müstəqilliyi uğrunda canlarını fəda edərək öz həyatları hesabına düşmənin qara əməllərini bəyan etdilər.
O ağrılı-acılı günlərdə şairlərimiz Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca və başqaları o qan qoxuyan qarlı-şaxtalı günlərin dərdini misra-misra dilə gətirdilər. Müsübətli anlarımızda şair Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeri dillərdən düşmədi:

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla, qərənfil, ağla...

Həmin günlərdə Fərizələr İlhamların eşqinə məhəbbətləri yolunda özlərini şəhid etdilər. Torpaq uğrunda ölən sevgililər məhəbbətin əbədiyyatına imza atdılar. Bir daha dünyaya sübut olundu ki, Azərbaycan qadını necə mərd və sədaqətlidir, fədakardır, güclüdür.
Həmin günlərdə müdrüklərimiz deyirdi : ”Təki millətin ruhu ölməsin Ömürlər gəldi-gedərdi, Vətən yaşasın, torpaq göyərsin, vüqarımız əyilməsin”
Başın sağ olsun Vətən!

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalim öyünməsın zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

Sevinc Hüseynova
Sabirabad Dövlət Sosial İqtisadi
Kollecinin tələbəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter