• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan-Pakistan münasibətlərində dostluğun, qardaşlığın, sarsılmazlığın təqdimatı

  • 13.07.2024, 12:00, Baxış sayı:
  • 78
Azərbaycan-Pakistan münasibətlərində dostluğun, qardaşlığın, sarsılmazlığın təqdimatı

Dövlət başçısı İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” fikirləri ilə dostluğumuzun, qardaşlığımızın dildə deyil, atılan hər bir real addımda öz təsdiqini tapdığını əsaslı şəkildə diqqətə çatdıran Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif belə bir əminliyi də ifadə etdi ki, bu səfər iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcək.
Zəfərimiz Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu. Hər iki qardaş ölkə müharibə başlanan andan Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi. Təbii ki, bu dəstək ölkəmizə böyük güc verdi. Xalqımız bu dəstəyin yaratdığı sevinc və qürur hissini üç qardaş ölkənin bayraqlarını birgə dalğalandırmaqla nümayiş etdirdilər. Pakistan və Türkiyənin ölkəmizə dəstəyi yalnız 44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı deyil. 30 illik işğal dövründə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi hər iki dost ölkə tərəfindən ən yüksək tribunalardan bəyan edilib və müdafiə olunub. Bu fakt da hər kəsə məlumdur ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib. Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Əlbəttə, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Azərbaycanın Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq, ədalət, beynəlxalq hüquq Pakistanın tərəfindədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir.
Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri çərçivəsində 10-dan artıq sənəd imzalandı. Ümumilikdə indiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Bu baxımdan bu günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü oldu. Hər bir səfər münasibətlərdə yeni bir səhifənin açılmasıdır. Səfər çərçivəsində cənab İlham Əliyevin pakistanlı həmkarı Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü keçirildi və əməkdaşlığın gələcək prioritetləri müzakirə olundu.
Ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda inkişaf etdirilməsi də diqqətdən kənarda qalmır. Astanada “ŞƏT plyus” formatında keçirilən görüş çərçivəsində Prezident İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə üçtərəfli görüş keçirildi. Üç dost ölkə arasında əlaqələr müxtəlif səviyyələrdə qurularaq uğurla inkişaf edir. O da məlumdur ki, ötən ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda üçtərəfli görüşü keçirildi və imzalanan Bakı Bəyannaməsi münasibətlərin hazırkı inkişafının yol xəritəsi oldu. Astana görüşündə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini söyləməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, hər zaman əməkdaşlıq etmişik. Hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar planlarımızdır və bütün planlarımız icra olunacaq.

Ramin Yahyayev,
Sabirabad rayonu üzrə Maliyyə idarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter