• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pakistan və Azərbaycan hər zaman bir-birinə kömək edən ölkələr olub

  • 19.06.2023, 17:13, Baxış sayı:
  • 191
Pakistan və Azərbaycan hər zaman bir-birinə kömək edən ölkələr olub
İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdə səfərdə oldu. Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər mövcuddur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında “Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir” söyləyərək Azərbaycan-Pakistan münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Səfər çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarda bu mühüm məqam xüsusi qeyd edildi ki, münasibətlər qarşılıqlı etimad, hörmət və səmimiyyət üzərində qurulub. Təbii ki, bu üç amilin vəhdəti əlaqələrin inkişafında stimulverici amildir. Dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğu əsasdır. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Bu baxımdan ki, kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğu açıqlandı.
Türkiyə və Pakistanın Azərbaycana mənəvi, siyasi dəstəyini dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir. Ölkəmizdə Azərbaycan Bayrağının Türkiyə və Pakistan bayraqları ilə qoşa dalğalanması dostluğumuzun, qardaşlığımızın nümayişidir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqama xüsusi diqqət yönəldərək bildirdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.
Pakistan işğal səbəbindən Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir: “Bu, münasibətlərimizin mühüm göstəricilərindən biridir. İki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə, eyni zamanda, mətbuata birgə bəyanatlarında bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. “Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Biri ticarət və sərmayə, növbəti nümayəndə heyəti enerji məsələləri ilə məşgul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək.

Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter