• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ermənistan Prezident İlham Əliyevin fikirlərindən nəticə çıxarmalı, əməli addımlar atmalıdır

  • 10.04.2025, 17:00, Baxış sayı:
  • 19
Ermənistan Prezident İlham Əliyevin fikirlərindən nəticə çıxarmalı, əməli addımlar atmalıdır

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər forumda dünyanın 44 ölkəsindən 80-dən çox ekspert, beyin mərkəzlərinin nümayəndələri və tanınmış politoloqlar iştirak ediblər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi kimi: “Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanı nəinki bu prosesdən, o cümlədən ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq”.
Beynəlxalq forumda ölkəmizin başçısı öz çıxışında qonşu Ermənistanla olan münasibətlərə xüsusi yer ayırıb. Vurğulanıb ki, bütün şansların olmasına baxmayaraq Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Buna görə də Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri nümunə ola bilər. Enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq və digər sahələrdə əldə edilən uğurlar hər iki dövlətə iqtisadi səmərə gətirib. Eyni zamanda Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi.
Bu gün Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, da öz növbəsində Ermənistanın səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər.
Xüsusi olaraq qeyd edilib ki, Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”.
Bu gün Azərbaycanın Ermənistandan əsas gözləntisi ölkəmizin ərazi bütövlüyü ilə bağlı ölkəmizin ərazi bütövlüyünün təsdiqi, Ermənistan Konstitusiyasında olan iddiaların ləğv edilməsidir. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.
Prezident İlham Əliyev ADA Universitetindəki çıxışı zamanı bildirib ki, “Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”. Bu yaxınlarda bununla bağlı təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.
Qeyd edilməlidir ki, Ermənistan və onu xaricdəki havadarları, güclü diasporası ABŞ-dakı seçkilərin nəticələrini səbirsizliklə gözləyirdilər. Ümid edirdilər ki, seçkidə yenidən demokratlar qalib gələcək. Lakin seçkilərdə Donald Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus edərək planlarını alt-üst etdi. Dövlətimizin başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək.
Bu gün regionda müharibədən sonrakı vəziyyətin inkişafı əsasən Ermənistandan asılıdır. “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.
Beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev regionumuz üçün mühüm əhəmiyyət daşıyan qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərə toxunub. Qeyd edilib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. Bu zaman ölkəmizin fəal rolu bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdırmağa yardımçı olub.

Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter
302 Found

302

Found

The document has been temporarily moved.