• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

VII çağırış Azərbaycan parlamenti demokratik təcrübənin yeni nümunəsidir

  • 27.09.2024, 09:00, Baxış sayı:
  • 19
VII çağırış Azərbaycan parlamenti demokratik təcrübənin yeni nümunəsidir

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bilib. Lakin ikili standartlar əsasında qurulmuş ittihamlar bu gün də davam edir. Ancaq bu, nə dövlət başçısının iradəsinə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında qarşıda dayanan vəzifələri də müəyyənləşdirdi. Ölkə başçısı qeyd etdi ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri ölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Belə ki, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Prezident İlham Əliyev bu əsasda xüsusilə vurğuladı ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Bir halda ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Ölkə başçısı bu mövzuda danışarkən həm Ermənistana, həm də onun arxasında duran ölkələrə çox ciddi xəbərdarlıq edərək bildirdi ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Ölkəmiz İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücünü böyük dərəcədə artırıb, yeni silahlı birləşmələr yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.
Prezident İlham Əliyev mühüm vəzifələrdən birinin də məhz yerli hərbi sənaye kompleksimizin daha sürətlə inkişaf etdirməli olduğunu vurğuladı. Ayrılmış böyük vəsait hesabına ölkəmizin bütün hərbi zavodlarında genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdi. Ölkə başçısı bildirdi ki, ölkəmiz xarici mənbələrdən daha az asılı olmalıdır. Çünki yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Hazırda dünya silah bazarında aparıcı rol oynayan ölkələr daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıb.Ölkə başçısı qeyd etdi ki, bütün bunlar nəzərə alınmalı, eyni zamanda, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyası genişləndirilməlidir.
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev qarşıda dayanan digər bir sıra vəzifələrin də olduğunu diqqətə çatdırdı. Gənc nəslin düzgün istiqamətdə tərbiyəsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, dövlət sərhədlərinin təhlükəsizliyin təmin edilməsi, ölkə iqtisadiyyatının davamlı inkişafı məhz bu vəzifələrdəndir.

Teymur İsmayılov,
Sabirabad RİH başçısının Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter