• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir

  • 06.06.2024, 15:30, Baxış sayı:
  • 94
Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir

Bu gün regional və beynəlxalq təhlükəsizlik məsələlərinə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və yüksək qiymətləndirilir. Bu, onun nəticəsidir ki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Etiraf olunmalıdır ki, Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Cənab Prezident İlham Əliyevin inamla həyata keçirdiyi milli maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
1994-cü ildən etibarən Bakıda təşkil olunan Xəzər neft-qaz sərgisi də Azərbaycanın bu nüfuzunu təsdiq edən önəmli tədbirlərdən biridir. Cari ilin 4 iyun tarixində paytaxtımızda ənənəvi Bakı Enerji Həftəsinə start verildi. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Tədbirin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyini, onların parlament səviyyəsində ratifikasiya edildiyini və qanun şəklində imzalandığını diqqətə çatdırdı. Həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bu səbəbdən bu gün Azərbaycanda enrji sektorunun daha bir seqmentinin, yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı sahəsinin sürətlə inkişaf etdiyi müşahidə olunur.
Öz çıxışında dövlətimizin başçısı Azərbaycanın 2027-ci ilin sonunda artıq 2 qiqavat bərpaolunan enerji istehsal edəcəyini bildirdi. Diqqətəlayiq haldır ki, bu gücün müəyyən bir hissəsi də məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində olan nəhəng su elektrik enerjisi potensialının reallaşdırılması hesabına əldə eiləcək. Bu məqsədlə 2020-ci ilin noyabrında həmin bölgələr işğaldan azad olunandan sonra bu ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyaları tikilərək istismara verilib. Yaxın bir neçə il ərzində bu rəqəmin artıq 500 meqavata çatdırılacağı gözlənilir. Yəni, 1 qiqavat bərpaolunan enerji 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Beynəlxalq bazarların isə buna böyük ehtiyacı var və hələ uzun müddət ərzində bu tələbat artmaqda davam edəcək.

Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter