• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir

  • 22.05.2024, 10:00, Baxış sayı:
  • 41
Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir

Möhkəm təməllərə söykənən Azərbaycanla Belarus arasında olan münasibətlər dostluq və etibarlı tərəfdaşlıq prinsipləri üzərində bərqərar olub. Demək olar ki, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq daim yüksələn xətlə inkişaf edib. Həmçinin qarşılıqlı anlaşma, yüksək səviyyəli dialoq və səmimi dostluq ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həqiqətən də, bu gün Azərbaycanla Belarus bir-birinə güvənən, beynəlxalq arenada qarşılıqlı dəstək göstərən dost ölkələrdir. Dövlətimizin başçısı cənab İlham Əliyev və Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verməsi, sözsüz ki, münasibətlərin bu mərhələyə qalxmasında əhəmiyyətli rola malik olub. Hər iki lider arasındakı səmimi dostluğu da qeyd etmək istərdim ki, məhz bu da əlaqələrimizin inkişafına geniş zəmin yaradıb.
Ölkələrimiz arasında mövcud əməkdaşlığı tənzimləyən xeyli sayda sənədlər imzalanıb: “Habelə əlaqələrimizin möhkəmlənməsi istiqamətində məhsuldar iş aparan Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ticari-iqtisadi əlaqələrdə hər zaman müsbət dinamika olub. Ölkəmizdən Belarusa spirtli və spirtsiz içkilər, meyvə və giləmeyvə konservləri, təzə meyvə-tərəvəz, qoz, fındıq, meyvə şirələri, polimer xammalı və digər mallar ixrac olunur. Belarusdan isə Azərbaycana kənd təsərrüfatı texnika və avadanlıqları, meşə sənayesi məhsulları, transformatorlar, elektrik naqillər, dərmanlar, kənd təsərrüfatı məhsulları idxal edilir. Hökumətlərarası Komissiyanın davamlı olaraq keçirilən iclasları, aparılan faydalı fikir və təcrübə mübadilələri əməkdaşlığın genişlənməsinə təkan verir.
Səfər çərçivəsində ali səviyyədə aparılan müzakirələr, bir çox yeni sahələr üzrə imzalanan əhəmiyyətli sənədlər gələcək əlaqələrimizin perspektivlərinin müəyyən olunması baxımından xeyli önəmlidir. O həmçinin bildirib ki, Bakı-Minsk, Gəncə-Qomel, eləcə də Qəbələ-Qrodno şəhərlərinin qardaşlaşmasına dair müvafiq memorandumların imzalanması həmin şəhərlər arasında birbaşa əlaqələrin qurulmasına, ölkələrimizin regionlararası əməkdaşlığının inkişafına gətirib çıxaracaq.
Dövlət başçılarının geniş tərkibdə görüşü zamanı cənab Aleksandr Lukaşenkonun Ümummilli Liderimiz Heydər Əliyevi xatırlaması, 44 günlük Vətən müharibəsini azadlıq müharibəsi kimi dəyərləndirməsi, Qələbəmizi, Qarabağın dirçəldilməsini təqdir etməsi, həqiqətən də, bizi çox fərəhləndirdi. Ümumiyyətlə, uzun illər davam etmiş Qarabağ münaqişəsi dostlarımızı müəyyənləşdirməkdə bizə çox kömək edib. Münaqişə zamanında, lap əvvəldən Belarus, şəxsən cənab Aleksandr Lukaşenko ədalətli mövqe sərgiləyib, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Dost ölkənin işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işinə öz köməyini təklif etməsi bu ədalətli siyasətin bilavasitə davamıdır.
Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfəri, orada törədilmiş vandal aktlarını öz gözləri ilə görməsi, həmçinin Şərqi Zəngəzurun və Qarabağın dirçəlməsi istiqamətində aparılan işlərə şəxsən şahid olması müharibəyə qədər baş vermiş hadisələrin nə qədər acınacaqlı olduğu və Qələbədən sonra formalaşan yeni reallıqların əhəmiyyəti barədə onda daha aydın təsəvvürlər yaradacaq.

Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter