NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza rəsmi səfəri ilk olaraq Azərbaycandan başlayıb. Əlbəttə ki, ölkəmiz regionun iqtisadi və ordu cəhətdən ən gülçü dövlətidir. Azərbaycan öz imkanları hesabına 30 ilə yaxın müddətdə davam edən Erməni işğalına, erməni separatizminə son qoymuş, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş ölkədir. Rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən nəqliyyat- kommunikasiya, enerji təhlükəsizliyi layihələri onun strateji əhəmiyyətini və beynəlxalq nüfuzunu daha da artırmışdır.
Qeyd etmək lazımdır ki, hazırkı geosiyasi proseslər fonunda NATO-nun baş katibinin bu səfəri xüsusi ilə diqqət çəkir. Qeyd etmək lazımdır ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıqdır ki, davam edir. Və bu əməkdaşlıq müsbət və uğurlu təcrübəyə əsaslanır. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edərək böyük təcrübəyə nail olmuşdur. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “ Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan regionda ən güclü orduya sahibdir. Bunu müntəzəm dərc olunan reytinqlər və praktik təcrübə sübut edir. Azərbaycan ordusu 44 günlük müharibə zamanı və ötən ilin sentyabrında parlaq şəkildə həyata keçirilən bir günlük antiterror əməliyyatı zamanı qarşıya qoyduğu bütün məqsədlərə çatmaq iqtidarında olduğunu sübut etdi. NATO ölkələrində Azərbaycanın müharibə aparmaq və antiterror əməliyyatları keçirmək təcrübəsi öyrənilir. Bəli, bu, tam olaraq belədir və əksinə deyil. Axı məhz Azərbaycan 44 günlük müharibə zamanı pilotsuz təyyarələrdən, xüsusi təyinatlılardan istifadə edərək yeni nəsil müharibəsinin necə aparılacağını göstərdi. Üstəlik, Azərbaycan NATO-da Amerikadan sonra ordusu ən güclü olan Türkiyə ilə Şuşa bəyannaməsini imzalamışdır. 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı zamanı onun Azərbaycan ordusu tərəfindən məhv edilən və ya qənimət kimi götürdüyü silah və hərbi texnika itkiləri altı milyard yarım dollar təşkil edib. Erməni faciəsinin miqyasını başa düşmək üçün xatırladım ki, Ermənistan Müdafiə Nazirliyinin 2024-cü il üçün büdcəsi 555 milyard dram (təxminən 1,5 milyard dollar) təşkil edir. Müqayisə üçün xatırlatmaq istərdim ki, Azərbaycanda Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 421 milyon 47,42 min manat (indiki məzənnə ilə 3,777 milyard dollar) təşkil edir. Yeri gəlmişkən, Azərbaycanın bu xərcləri ÜDM-ə nisbətdə faizlə bütün aparıcı NATO ölkələrinin, o cümlədən ABŞ-ın xərclərindən xeyli yüksəkdir.
Ölkə başçısı xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlərə diqqəti çəkərənrək bir daha qeyd etdi ki, “ Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq”. Bəli, Azərbaycan ərzi bütövlüyünü və suverenliyini tam təmin etdi. Lakin bununla yanaşı, çox mühüm layları da tərpətdi. Və bu bir reallıqdır. Regionda yaranmış geosiyasi reallıqları enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçidlə bağlı ölkəmizin əhəmiyyəti artır və bunu NATO-ya üzv olan ölkələr də anlayır. Belə ki, təşkilata üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.
Eyni zamanda, Azərbaycan açıq şəkildə bəyan etdi ki, bloklara qoşulmayan dövlətdir. Bəli, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən daha da gücləndirilən Azərbaycanın inkişaf strategiyası əyani şəkildə uğurla həyata keçirilir. Aİ və NATO Azərbaycanın Cənubi Qafqaz regionunda liderliyini tanımağa məcburdur.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi