Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
- 19.03.2024, 09:00, Baxış sayı:
- 156
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan uzun müddətdir ki, NATO-nun müxtəlif proqramlarında çıxış edir, dünyanın fərqli nöqtələrində sülhyaratma missiyalarına qatılır. Dövlətimizin bu addımı NATO rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilməkdədir. Azərbaycan NATO-nun sülhyaratma missiyasında iştirak etməklə yalnız bölgəmizdə deyil, dünyanın ən müxtəlif coğrafiyalarında sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu göstərir. Bu baxımdan hesab edirəm ki, NATO baş katibinin Bakı səfəri Azərbaycanla bu qurum arasında münasibətlərin inkişafına təkan verəcək”.
Azərbaycanın NATO-nun Əfqanıstan missiyasına uzun illər verdiyi töhfə çox vacib idi: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olub. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci ilin avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr hərbi qulluqçularımız olublar. Bu isə bir daha Bakının Azərbaycan-NATO əməkdaşlığına güclü sadiqliyini göstərir”.
Azərbaycanın Qoşulmama Hərəkatının üzvüdür və bu siyasətinə sadiqdir. O xatırladıb ki, NATO-nun Baş katibi səfər əsnasında ölkəmizin beynəlxalq ekoloji təhlükəsizlik istiqamətində atdığı addımlara da açıq dəstək ifadə edib, COP29-un əhəmiyyətini yüksək qiymətləndirib: “Səfər əsnasında Yens Stoltenberq Azərbaycanın qlobal ekoloji təhlükəsizliyin təmini istiqamətində atdığı addımlara da diqqət çəkib, bu addımların bəşəriyyət üçün mühüm önəm kəsb etdiyini vurğulayıb. Habelə deyib ki, cari ilin noyabrında keçiriləcək COP29 dünyamızın ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu konfrans bərpaedilən enerji mənbələrindən istifadə etməyin, “yaşıl enerji”yə keçidin nə qədər vacib və zəruri olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıracaq, bu məqsədə çatmaq üçün yeni istiqamətlər və yollar müəyyənləşdiriləcək.
Yens Stoltenberqin paytaxtımıza səfəri yalnız hərbi təhlükəsizlik deyil, həm də ətraf mühitin mühafizəsi baxımından da önəmli səfər oldu. Bu səfər bir daha sübut etdi ki, dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar dövlətimizin ekoloji siyasətini yekdilliklə dəstəkləyir, bunun sadəcə Azərbaycanın və regionun deyil, bütün bəşəriyyətin rifahına xidmət etdiyini başa düşür”.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri