• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türk dünyasının inkişafına Azərbaycan-Qazaxıstan münasibətlərinin töhfəsi

  • 13.03.2024, 18:00, Baxış sayı:
  • 141
Türk dünyasının inkişafına Azərbaycan-Qazaxıstan münasibətlərinin töhfəsi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri həm də bu səbəbdən olduqca əhəmiyyətlidir və təsadüfi deyil ki, dost və qardaş ölkələrlə yanaşı, bədxahlarımızın da xüsusi diqqət mərkəzindədir. Bu səfər çərçivəsində Azərbaycan və Qazaxıstan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nın adından da göründüyü kimi, ölkələrimizin Liderləri dövlətlərarası münasibətlərin strateji səviyyəsinin daha da dərinləşdirilməsi yolunda siyasi iradə nümayiş etdirirlər. İstər rəsmi mərasimdə, istərsə də işçi qaydada imzalanmış Azərbaycan-Qazaxıstan sənədləri göstərir ki, Liderlərin strateji seçimi tam mənada üst-üstə düşür, xalqlarımızın və dövlətlərimizin ortaq maraqlarına xidmət edir. Verilən bəyanatlar onu da göstərdi ki, mürəkkəb geosiyasi qarşıdurma şəraitində dövlət başçıları Türk dünyası çərçivəsində iqtisadi əlaqələrimizin dərinləşməsinə xüsusi önəm verirlər. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikir bu mənada olduqca əhəmiyyətlidir: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik . Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.
Vurğulanıb ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişinə həsr olunmuş mərasim, əslində, TransXəzər nəqliyyat dəhlizinin bütövlükdə Orta Dəhliz Avrasiya məkanı üçün indi daha çox cəlbedici olduğunu nümayiş etdirdi. Fərqli coğrafiyalarda mövcud olan dəhlizlərdən bir qisminin təhdid edildiyi bir şəraitdə 7 min kilometr uzunluğunda marşrutun çəmi 11 günə qət edilməsi, heç şübhəsiz ki, həm Asiya, həm də Avropa məkanı üçün iqtisadi cəhətdən olduqca əlverişli və cəlbedicidir. Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə bu marşrut üzrə ayda 10 konteyner qatarının ölkəmizə çatdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan tranzit potensialını reallığa çevirmək imkanını əldə edir, Şərq-Qərb dəhlizində strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Qazaxıstan Prezidentləri mətbuata bəyanatlarında Ermənistan mövzusunu da unutmadılar. Prezident Kasım-Jomart Tokayevin cəmiyyətimiz üçün olduqca həssas olan bu mövzu ilə bağlı səmimi açıqlamasını dinlədikdən sonra qeyri-ixtiyari düşünürsən ki, kaş Ermənistana görə ölkəmizi hədəf seçənlərin yanaşmasında aşırı erməni sevdası ilə yanaşı, bir az da ədalət hissi olaydı. Prezident Tokayev Azərbaycan Prezidentinə xitabən ölkəsinin və qazax xalqının münasibətini bu cür ifadə etdi: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib”. Prezident İlham Əliyev sülh gündəliyi ilə bağlı həm Ermənistana, həm də onun xüsusi canfəşanlıq edən havadarlarına bu mesajı verdi: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.
Əsassız bəyanatları və qərəzli qətnamələri ilə sülh gündəliyini bu gün də təhdid edən Ermənistanın himayədarlarından fərqli olaraq, Azərbaycan Cənubi Qafqazda dinc birgəyaşayışın bərqərar olunmasında, kommunikasiyaların açılmasında və iqtisadi əlaqələrin qurulmasında, həqiqətən, maraqlıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri bunun əyani sübutudur. Özü və qonşuları üçün dinc həyat, sülh və əmin-amanlıq istəməyən heç bir ölkə bərpa-quruculuq işlərinə milyardlarla vəsait xərcləməzdi. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində inşa olunmuş və martın 12-də dövlət başçılarının iştirakı ilə istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də tarixi ədalətin bərpasına hörmət rəmzidir. Çox inanmaq istərdim ki, bu cür addımların, qardaşlıq və dostluq töhfələrinin əhəmiyyəti Ermənistanda ədalətə və sülhə çağırışın ekvivalenti kimi anlaşılacaq.

Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter