• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Almaniya ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir

  • 13.03.2024, 10:30, Baxış sayı:
  • 39
Almaniya ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir

Ulu Öndər Heydər Əliyev siyasətini, onun xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun olaraq davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının qorumasına nail olmuşdur. Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və qüdrəti fonunda dünya dövlətləri ölkəmizlə yeni-yeni əlaqələr qurmağa və mövcud əlaqələri daha da inkşaf etdirməyə can atır. Bu istiqamətdə dünya ölkələrinin liderləri, nümayəndələri ölkəmizə səfərlər edir və Prezident İlham Əliyevlə görüşlər keçirir. Bu görüşlər ikitərəfli əlaqələrin inkşafına təkan verməklə yanaşı Azərbaycanın haqlı mövqeyinin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır. Bu gün dünya dövlətləri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bir sıra vacib məsələlərə toxundu.
Azərbaycan istər Ermənistanla münasibətdə istərsə də digər məsələlərdə hər zaman humanistlik nümayiş etdirmiş və beynəlxalq hüquqa və qanunlara ən yüksək səviyyədə riayət etmişdir. İkinci Qarabağ Müharibəsi və antiterror əməliyyatları buna bariz nümunədir. Ümumiyyətlə Azərbaycanın atdığı bütün addımlar tam haqlı və beynəlxalq hüququn prinsiplərinə təmamilə uyğundur. Hansısa bir təşkilatın və ya dövlətin qərəzli ittihamlarının heç bir əsası yoxdur və bütün bunlar ölkəmizin uğurlarına olan qısqanclığın nəticəsidir. Prezident ölkəmizə qarşı olan ənənəvi təzyiq cəhdlərinin nədən qaynaqlandığı¬nın təsvirini verib. Həm hazırkı neqativ təmayülləri dilə gətirib, həm də keçmişə nəzər salıb. Nəticədə dövlətimizin başçısı hər iki dövrdəki xoşagəlməzliklər baxımın¬dan vahid səbəb və nəticə əlaqəsinin varlığı reallığını ortaya qoyur. Belə ki, sə¬bəb ermənipərəstlikdir, nəticə isə həmin ermənipərəstliyə görə özünü göstərən yanaşmalar. Azərbaycanın lideri bildirdikləri ilə həmin yanaş¬maların qərəzli mahiyyətinin dolğun təsvirini çəkir. Bu təsvir heç bir halda bəraət qazanmaq, xarici iş adamla¬rını ölkəmizə çağırmaq istəyi deyil. Yəni, onlarsız da keçinərik. Cənab İlham Əliyev, sadəcə, heç nəyə bax¬mayaraq, Azərbaycana təşrif buyur¬muş bu şəxslərin qərarının doğrulu¬ğunu bildirir və əminlik yaradır. Eyni zamanda da, prinsipial xarakterli mesajlarını da çatdırır. Daha sonra dövlət başçımız Azərbaycanın sülh prosesinə sadiq olduğunu diqqətə çatdırdı: Ümumiyyətlə qeyd etmək istərdim ki Azərbaycan heç zaman müharibə tərəfdarı olmamış, bütün məsələləri sülhlə həll etməyə çalışmışdır. Ikinci Qarabağ Müharibəsindən sonra da Azərbaycan dəfələrlə Ermənistana sülh təklif etmişdir. Lakin təəssüf ki, Ermənistan tərəfi sülh təşəbbüslərini dəyərləndirməmiş, əksinə olaraq havadarlarının oyunlarına uyaraq müxtəlif təxribatlara əl atmış və sülh prosesinə mane olmağa çalışmışdır. Ermənistanın qeyri-müstəqil və asılı siyasətinin nəticəsidir ki, hazırda Ermənistan böhranlar içərisində çabalayır və dalana dirənmiş vəziyyətdir. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Prezident diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər.
Sonda Prezident İlham Əliyev Almaniya biz¬nes dairələrinin Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirib və bunun bü¬tün regionda müsbət inkişafın əsasını qoya biləcəyini vurğulayıb. Yəni ki, Al¬maniya da özünün iqtisadi maraqlarını düşünməli, kollektiv Qərbin ənənəvi anti-Azərbaycan oyunlarında iştirak¬dan uzaq dayanmalı, obyektiv mövqe tutmalı, ən əsası isə Cənubi Qafqazda sülh mühitinin ədalətli əsaslarının for¬malaşmasına və möhkəmlənməsinə töhfəsini verməlidir.

Əfsər Əzizov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter