• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Almaniya Cənubi Qafqazdakı reallığı yaxşı anlayır

  • 14.03.2024, 10:41, Baxış sayı:
  • 126
Almaniya Cənubi Qafqazdakı reallığı yaxşı anlayır

Avropanın bir sıra aparıcı dövlətlərindən fərqli olaraq Almaniya Cənubi Qafqazın geosiyasi və iqtisadi reallığını yaxşı anlayır. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi və Almaniyanın aparıcı şirkət rəhbərlərinin iştirakı bir çox sahədə ölkəmizin daha əlverişli imkanlara malik olduğunu göstərir. Son olaraq fevralın 28-də Münxendə qarşı tərəflərin istəyi əsasında baş tutan görüşlərin yaratdığı məmnunluqdan sonra böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsi olduqca önəmlidir. Bu, həm də regional və qlobal çərçivədə ölkəmizin artan nüfuzuna rəsmi Berlinin göstərdiyi yanaşmanın təsdiqidir.
Qəbul zamanı iqtisadi əməkdaşlıqla yanaşı, beynəlxalq ictimaiyyəti aldatma cəhdlərindən də bəhs edilib. Xüsusilə ölkə başçısı İlham Əliyev ikili standartlar sərgiləyən beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqının qərəzli mövqeyi barədə fikirlər səsləndirib. Əvvəla qeyd edək ki, Cozef Borrel, Emmanuel Makron kimilərinin utopiyası Cənubi Qafqazda yaranan yeni reallıqları tanımamağa xidmət edir. Hər vəchlə Ermənistanın sülh prosesindən yayındırılması üçün çalışan bu kimi qərəzli qüvvələr anti-Azərbaycan blokunun fəal nümayəndələridirlər. Qalib ölkə kimi Azərbaycanın ilk dəfə sülh əlini uzatmasını, 30 il boyunca məsələnin dinc yolla həllinə çalışmasını görməzdən gələnlər açıq-aşkar regional gərginliyin daha da artmasını istəyirlər. Sözügedən güc mərkəzlərinin bu müddət ərzində ATƏT-in keçmiş Minsk qrupu kimi gözdən pərdə asmağa xidmət edən qurumun bir parçası olduğunu unutmamaq lazımdır. Bütün ədalətsizliklərə rəğmən Azərbaycan bu gün regionda sülh və sabitliyin açarı kimi çıxış edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!
Cənubi Qafqazda sülh və sabitliyə əngəl aktorlar bəllidir. Uzun illər münaqişənin sülh yolu ilə həllinə “can yandıran” erməni təəssübkeşləri vəziyyəti gərginləşdirmək üçün təziyiqi durmadan artırırlar. Haqq səsimizi duymayan, həqiqətləri görməyən, hayların amansızlığını “bilməyən” qərəzli güc dairələri indi də Zəfərimizə kölgə salmaq niyyəti güdürlər. Anti-Azərbaycan blokunun fəaliyyəti – saxta ictimai rəy formalaşdırmaq cəhdləri, regional maraqlar naminə Ermənistanın bu prosesdən yayındırılması destruktivliyə xidmət edir. Regional lider dövlət kimi Azərbaycanın yaratdığı yeni reallıqlar Ermənistanda və onun havadarlarında bir növ “həzmsizlik” yaradıb. Ermənilərin silahlandırılması prosesi, “sərhədlərin müqəddəsliyi” prinsipi, xristian təəssübkeşliyi regiondakı gərginliyin əsas səbəbidir. Bu gün Qərbdə və Ermənistanda məqsədyönlü şəkildə Azərbaycanın hücuma hazırlaşması haqda dezinformasiyalar yayılır. Fransa və onun dəstəklədiyi media subyektləri vasitəsilə dərc edilib, muzdlu ekspertlər vasitəsilə arqumentləşdirilib tirajlanır. Paris və onun yandaşları bu yolla Azərbaycanın artan nüfuzunun qarşısını almağı hədəfləyiblər. Baş verən proseslərə nəzər salsaq, görərik ki, Ermənistanın yenidən dirçəlmə cəhdlərinə paralel Fransanın regionda fəallıq göstərməsi müşahidə olunur. Aİ missiyası adı altında regiona öz jandarmlarını göndərməsi, müxtəlif silah-sursat və hərbi texnikaların cəlb edilməsi bunu deməyə əsas verir. Xatırladaq ki, yaxın keçmişdə Fransanın agenturası da ifşa edilmişdir. Şərti dövlət sərhədində yerləşdirilən bu qüvvələr gərginliyin artmasına təkan verirdilər. Makron rejiminin diplomatik və hərbi sferada haylara hamilik etməsi son 4-5 aydır ki, davam edən şərti sərhəddəki sakitliyin pozulmasına gətirib çıxarmışdır. Son yaşanan təxribatlar bir daha bu qəbildən addımların sülhə xidmət etmədiyini sübut edir.
Göründüyü kimi, qərəzli yanaşmalara paralel Almaniyanın neytral mövqeyi və sülh prosesində göstərdiyi fəallıq Avropanın yerlə bir olan imicini nisbətən qaldırır. Fransanın 30 illik səriştəsizliyi, Ermənistanı silahlandırması, sülhü gecikdirməsinin əksinə rəsmi Berlinin neytral mövqeyi, regional reallıqları dərk etməsi və buna uyğun hərəkət etməsi isə müqavilənin imzalanması üçün münbit şəraitin yaranmasına səbəb olacaq.

Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter