• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yaxın 10 ildə Azərbaycanda bərpaolunan enerjidən maksimum dərəcədə istifadə ediləcəkdir

  • 05.03.2024, 12:00, Baxış sayı:
  • 171
Yaxın 10 ildə Azərbaycanda bərpaolunan enerjidən maksimum dərəcədə istifadə ediləcəkdir

Dövlətimizin başçısı cənab İlham Əliyev fevralın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına verdiyi müsahibə zamanı bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür.
Lakin, elə busahədən qazandığımız gəliri yaşıl enerjiyəyatırmaq bərpaolunan enerjiyə verdiyimiz xüsusitöhfədir. Məhz Azərbaycanın bu sahədə atmışolduğu addımlar digər dövlətlər üçün nümunəyəçevrilməli və onlar iqlimin qorunmasında bərabəriştiraka cəlb olunmalıdır.
Hər il Xəzər dənizi getdikcə daha da dayazlaşır. İqlim dəyişiklikləri və onların təhlükəli fəsadları hiss olunmaqdadır. Belə ki, tədricən çaylarda suyun, dağlarda qarın səviyyəsi azalır, Xəzər dənizində suyun səviyyəsi aşağı düşür. Ona görə də bu bəşəri təhlükənin qarşısının alınması üçün birgə səylər görülməlidir.
Prezident İlham Əliyev müsahibəsində bildirdi ki: "Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq".
2021-ci ildə qəbul olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də rəhbər tutulmuş 5 əsas istiqamətdən biri də ölkəmizin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməsidir. Bu sahədəki işlər davamedir və bu gün ölkəmiz COP29 kimi mötəbərtədbirə ev sahibliyi etməyə haqq qazanıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cusunun bu il Bakı şəhərində keçirilməsi beynəlxalq ictimaiyyətinyekdil qərarı ilə bizə həvalə olunub. Bu isəAzərbaycanın dünyada artan nüfuzunun nəticəsi, qazandığı qələbənin beynəlxalq ictimaiyyəttərəfindən bir daha tanınmasıdır. Məhz COP29-un keçirilməsinin rəsmi Bakıya həvalə edilməsizamanı bir sıra QHT-lər və media orqanları qərəzli"hücumlara" keçdilər ki, Azərbaycan qazıntı yanacağından istifadə edir. Lakin, indi hər kəsbaşa düşür ki, ölkəmiz qazıntı yanacağındanistifadə etməklə eyni vaxtda yaşıl enerji kimiaktual məsələyə gündəliyində xüsusi önəm verir. Bu sahəyə xüsusi diqqət ayıran azsaylı ölkələrdənbiridir. Təbiətin qorunması, iqlim dəyişikliklərinədair qlobal təşəbbüsləri prioritet hesab edir, yaşılenerjiyə xüsusi töhfə verir.
Ölkə başçısı qeyd etdi ki, "Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir.
Müsahibəsinin sonunda cənab Prezident həmçinin beynəlxalq ictimaiyyətə öz mesajını ünvanladı: "bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək".

Ağanəzər Gülməmmədov,
Sabirabad rayon Mənzil istismar sahəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter